Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən Ulu Öndər

1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi...

Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.
Heydər Əliyev ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlərə başladı, onun rəhbərliyi ilə Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi. Biz şahid olduq ki, həmin dövrdə Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Ulu Öndərin qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə start verildi. Iqtisadi inkişafa təkan verəcək beynəlxalq miqyaslı layihələr imzalandı və onların icrasına başlanıldı.
Ulu Öndər Heydər Əliyev müxtəlif tədbir və görüşlərdəki çıxışlarında qeyd edib: “Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqdır.” Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, onun ərazisinin qorunması, işğal altında olan ərazilərimizin tezliklə azad edilməsi onun fəaliyyətiin əsas istiqaməti olub. Ulu Öndər deyirdi: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” Bu ali məqsədini həyata keçirilmək üçün var gücünü əsirgəmirdi.

1995-ci il may ayının 27-də Respublika sarayında Respublika Günü (Müstəqillik Günü) münasibətilə keçirilən təntənəli yığıncaqda geniş nitqlə çıxış edən Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.” Ömrünün sonuna kimi o, busözlərinə sadiq qalaraq ölkəmizin inkişafı və hərtərəfli tərəqqisi üçün çalışdı. Bununla da Azərbaycan tarixində əbədi iz qoydu.

Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.

Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Poliqon.info

 

 

 

 


Etiket: Ulu Öndər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Paris-2024: Azərbaycanın üç idmançısı mübarizəyə başlayır

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar