Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Conson NATO-nun Baş katibi olmaq istədiyini deyib

Britaniyanın sabiq Baş naziri NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirib...

Poliqon.info xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rada telekanalına müsahibəsində NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirib.

“Mən özümü namizəd kimi görürəm. Bu, çox yaxşı mövqedir, vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”, deyə Conson vurğulayıb.

Keçmiş baş nazirin sözlərinə görə, Ukrayna gələcəkdə NATO-ya daxil olacaq.

Bundan başqa Sky News-a müsahibə verən siyasətçi Britaniyanı “buzları sındırmağa” və Kiyevin tələb etdiyi Ukraynaya döyüş təyyarələri göndərməyə çağırıb.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti payızda başa çatır və o, səlahiyyət müddətini uzatmağı planlaşdırmadığını bildirib. O, doqquz ilə yaxındır ki, bu vəzifədə çalışır və artıq səlahiyyətlərini üç dəfə uzadıb.

Boris Conson ötən ilin iyulunda bir sıra qalmaqallar fonunda Britaniyanın Baş naziri vəzifəsindən istefa verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar