Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis qeydiyyatsız yaşayan vətəndaşların evlərdə cərimələnməsinə başlayıb?

Abşeronda polis əməkdaşları tərəfindən yaşayış evlərində qeydiyyatsız yaşayan vətəndaşların cərimələnməsinə başlanılıb...

Bu barədə Sputnik Azərbaycan-a vətəndaş Jalə İsmayıl məlumat verib. O, bildirib ki, bu gün Abşeronda yaşadığı mənzilə gələn polis əməkdaşı onun qeydiyyat ünvanını yoxlayıb. Bakıda qeydiyyatsız yaşadığını əsas gətirərək onu 30 manat məbləğində cərimələyib:

"Evin qapısı döyüldü. Binanın komendantı ilə bir polis əməkdaşı gəlmişdi. Polis məndən harada qeydiyyatda olduğumu soruşdu. Yevlax rayonunda qeydiyyatda olduğumu, işimlə əlaqədar Abşeron rayonunda yaşadığımı söylədim. Qeydiyyatsız yaşadığımı bildirib 30 manat cərimə etdi".

J. İsmayıl Abşeron rayonunda ev alsa da, evinə hələ də çıxarış ("kupça" - red.) ala bilmədiyindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmədiyini söylədi.

Sputnik Azərbaycan polis əməkdaşlarının vətəndaşların evlərdə qeydiyyatını yoxlayaraq cərimə tətbiq etməsinin nə qədər qanunauyğun olduğunu araşdırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir: "Əgər vətəndaşın daimi qeydiyyatı varsa, o, dərhal olduğu yer üzrə qeydiyyata alınır. Qanunvericiliyə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyır. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır".

N. Əliyevin sözlərinə görə, vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.

poliqon.info


Etiket: cərimə polis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar