Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda Qərbin vasitəçiliyi ilə sülhə nail olmaq mümkündür?

Artıq Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi savaş başlayıb və bu savaş getdikcə daha çox açıq xarakter alır...

Politoloq: “Azərbaycan-Ermənistan aspektindən Münhen görüşünü tarixi görüş adlandırmaq düzgün olmazdı. Çünki iki ölkə arasında belə görüşlər çox olub”.

“Qərb çox çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olsun. Ancaq Qərbin də əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil”.

Bu sözləri politoloq Əhəd Məmmədli Cənubi Qafqazda geosiyasi savaş başladığı bir vəziyyətdə Qərbin vasitəçiliyini Poliqon.info-a şərh edərkən qeyd edib.

Fevralın 18-də Almaniyanın Münhen şəhərində AzərbaycanErmənistan rəhbərləri təxminən 3 ay yarımlıq fasilədən sonra bir araya gəldilər. Budəfəki görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutdu və görüşdən sonra açıqlama verən İlham Əliyev danışıqları konstruktiv adlandırdı. Digər tərəfdən isə Rusiya rəsmiləri Qərbi Moskvanı artıq Cənubi Qafqazdan çıxarmaq niyyətində olmasında ittiham edir. Bu hər şeydən əvvəl Rusiyanın Avropa İtifaqının mülki missiyasının iki il müddətində Ermənistanda yerləşdirilməsi fonunda baş verir. Yəni artıq Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi savaş başlayıb və bu savaş getdikcə daha çox açıq xarakter alır.

Qərbi Münhen Konfransındakı tarixi görüş nə vəd edir? Ümumiyyətlə, Cənubi Qafqazda geosiyasi savaş başladığı bir vəziyyətdə Qərbin vasitəçiliyi ilə sülhə nail olmaq mümkündür?

Mövzunu Poliqon.info-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına nail olması mümkündür. Ancaq Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir”.

Qərbin əsas məqsədinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının olmadığını nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, onların əsas məqsədi Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır:

Azərbaycan-Ermənistan aspektindən Münhen görüşünü tarixi görüş adlandırmaq düzgün olmazdı. Çünki iki ölkə arasında belə görüşlər çox olub. Münhen görüşü İlham Əliyevlə Nikol Paşinyan arasında olan debatla yadda qaldı.

Münhen görüşü soyuq müharibədən sonra Qərb-Rusiya qarşıdurmasının pik nöqtəsi idi. Bu görüşə qədər Lavrov AzərbaycanErmənistan liderlərinin görüşdürmək istədi. Amma bu baş tutmadı, çünki Ermənistan tərəfi bur görüşdən imtina etdi. Amma ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü baş tutdu. Bu aspektdə Münhen görüşünün önəmliliyi var.

Görüşdə də Azərbaycan maksimum öz güzəştlərini dedi. Eyni zamanda prezident Ermənistanın sülhə bir addım geri getdiyini bəyan etdi. Amma Ermənistan lideri yenə də öz fikirlərində qaldığını vurğuladı. Düşünürəm ki, istər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına nail olması mümkündür. Ancaq Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir.

Əhəd Məmmədli: “Ermənistanla nəticə əldə etmək üçün “Dəmir yumuruq” yenə də işə düşməlidir”.

Ermənistan yenə də Azərbaycanın şərtlərini qəbul etmir. Belə olan halda da bunun bir yolu var. O yol da sülhə məcbur etmə yoludur. Necə ki, biz bunu Qarabağ məsələsində etdik, indi də sülh məsələsində etməliyik. İstər Qarabağda, istərsə də Azərbaycanla Ermənistanın müəyyən olunmamış ərazilərində hərbi əməliyyatlar keçirməliyik. Beləliklə də, düşmənə ciddi olduğumu göstərməliyik ki, onlar da şərhlərimizi qeyri-şərtsiz qəbul etməyə hazır olsunlar.

Vasitəçilər vasitəsilə yenə də görüşlər keçiriləcək. Amma bunun nəticəsi olmayacaq. Ermənistanla nəticə əldə etmək üçün “Dəmir yumur” yenə də işə düşməlidir.

Qərb çox çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olsun. Ancaq Qərbin də əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil. Onların əsas məqsədi Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. Biz bunu da nəzərə almalıyıq. Buna görə də hər sülh müqaviləsi təkliflərinə ehtiyyatla yanaşmalıyıq. Əsas olaraq öz şərtlərimizin yerinə yetirilməsi üçün çalışmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar