Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin baş tutmayan planı

Bir il əvvəl Putin ABŞ-a və NATO-ya ultimatum vermişdi...

 

Bir il əvvəl Putin qorxulu görünürdü.

Sözlərinin çəkisi və təsiri vardı. İndi isə öz-özünə eyni şeyləri təkrarlayıb duran qoca marazmatik kimi görünür, sözlərinin əvvəlki çəkisi və təsiri qalmayıb.

Bir il əvvəl Putin ABŞ-a və NATO-ya ultimatum vermişdi:

NATO-nun genişlənməsini dayandırın!
– Keçmiş sovet respublikalarının NATO-ya qəbulundan və bu dövlətlərlə ikitərəfli hərbi əməkdaşlıqdan imtina edin!
Rusiyanın quru və dəniz sərhədləri yaxınlığında ağır bombardmançı təyyarələrin uçuşunu, bütün siniflər üzrə hərbi gəmilərin hərəkətini dayandırın!
– Nəinki öz ərazilərinizdən kənarda, hətta öz ölkələrinizin Rusiya ərazisindəki hədəfləri vurmağa imkan verən rayonlarında kiçik və orta mənzilli raketlər yerləşdirməyin!
– Öz ərazilərinizdən kənarda nüvə silahı yerləşdirməkdən imtina edin və əvvəl yerləşdirilmiş bu tip silahları oradan çıxarın!
NATO-nun hərbi infrastrukturunu 1997-ci il vəziyyətinə geri çəkin!..

Bu tələblər o vaxt da absurd görünürdü, indi isə həm də komik sayıqlama təsiri bağışlayır.

Ətraflı
NATO-nun genişlənməsi davam edir, bu hərbi blok Peterburqa 150 km məsafədə yerləşən və Rusiya ilə 1200 km quru sərhədi olan Finlandiyaya qədər gəldi.

NATO-nun Rusiyanın dəniz və quru sərhədləri yaxınlığındakı hərbi mövcudiyyəti və hərbi infrastrukturu daha da genişləndi, təkcə Avropadakı ABŞ qoşunlarının sayı 100 mini ötdü.

Bir il əvvəl Ukraynanın avroatlantik inteqrasiyası tamamilə qeyri-müəyyən mövzu kimi görünürdü: NATO-ya yaxın gələcəkdə qəbul olunmayacağı aydın idi, Avropa Birliyi isə ümumiyyətlə, üzvlük perspektivi (yəni “gələcəkdə, nə vaxtsa sizi qəbul edə bilərik” vədi) verməkdən imtina edirdi.

Ukrayna artıq AB üzvlüyünə rəsmi namizəddir və müharibədən sonra qısa müddətdə üzv qəbul olunacaq.

Ukrayna sürətlə NATO silah sistemləri ilə silahlanır, yəni ittifaqın hərbi infrastrukturuna inteqrasiyası başlayıb.

Müharibədən sonra Ukrayna qısa müddətdə (böyük ehtimalla AB üzvlüyündən də əvvəl) NATO-ya qəbul olunacaq, bunu artıq NATO baş katibinin və aparıcı üzv dövlətlərin rəhbərlərindən də eşidirik.

Rusiya rəhbərliyi bu qış Avropanın Rusiya qazı olmadan donacağını bildirir və bu mövzuda ergen videoları çəkib yayırdı.

Qış qurtarır və heç kim donmadı. Üstəlik, Avropa Rusiyanın enerji asılılığından xilas oldu.

Rusiya Ukraynanın enerji infrastrukturuna yüzlərlə raket atdı. Güman edirdi ki, bununla Ukraynada yaşayışı dözülməz edəcək və insanlar ya kütləvi şəkildə Avropaya axışacaq, ya da Zelenskiyə qarşı üsyana qalxacaq.

Amma Rusiya Ukraynanın enerji infrastrukturuna zərər vursa da, onu məhv edə bilmədi, insanlar qaçmadı və ya hökumətə qarşı etirazlara başlamadı.

Heç nə “plan üzrə” getmir və getməyəcək…

Şahin Cəfərli - Politoloq

Poliqon.info


Etiket: Putin plan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar