Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin verdiyi mesajlar verilən proqnozları heç doğrultmayıb

Sonda Qərbdən gələn təhlükə qarşısında siyasət, sosial sahə və rusların birliyi ilə bağlı darıxdırıcı çıxış gözləyənlər haqlı çıxdı…

Vladimir Putinin müharibə şəraitində hazırlanan Federal Məclisə müraciəti, “Strateji Silahlara Nəzarət Müqaviləsi”ndə üzvlüyün dayandırılması istisna olmaqla, bəzi ekspertlərin və siyasətçilərin gözlədiyi qədər taleyüklü olmayıb. Çünki proqnozların arasında “Xüsusi Əməliyyatı”n adının Antiterror Əməliyyatı və ya hətta “müharibə” adlandırılması, Belarus və Abxaziyanın ilhaqı və başqa iddialı ehtimallar vardı.

Misal üçün politoloq Abbas Qallyamov çərşənbə axşamı səhər teleqram kanalında yazıb ki, Putin yenidən “qaz pedalına” basmalıdır. Məsələn, tam hüquqlu müharibə elan etməlidir.

The Moscow Times prezident administrasiyası ilə işləyən siyasi texnoloqlara istinadən Putinin “antiterror əməliyyatı” elan edə biləcəyini irəli sürüb.

“Moskovski Komsomolets”ə müsahibə verən politoloqlar etiraf ediblər ki, Putin Belarus, Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirildiyini elan edə bilər.

Lakin sonda Qərbdən gələn təhlükə qarşısında siyasət, sosial sahə və rusların birliyi ilə bağlı darıxdırıcı çıxış gözləyənlər haqlı çıxdı. Bu cür proqnozları xüsusilə jurnalist Fəridə Rüstəmova və “Meduza” verib.

Putin mesajının əhəmiyyətli hissəsini Qərbi tənqid etməyə həsr edib. Rusiya prezidenti bir daha Qərbi Ukraynada müharibəyə başlatmaqda, Rusiyanı məhv etmək istəməkdə, “neonasistləri” dəstəkləməkdə və Rusiya daxilində “milli satqınlara” arxalanmaqda ittiham edib.

Eyni zamanda Putin qeyd edib ki, hakimiyyət “vətəninə dönük çıxanlarla” hesablaşmayacaq, Rusiyadan gedənləri təqib etməyəcək.

Prezidentin çıxışında ayrıca blok Qərbin sanksiyaları fonunda Rusiya iqtisadiyyatının uğurlarına həsr olunub.

Putin hərbçilər üçün güzəştlərin tətbiqini və “xüsusi əməliyyat” iştirakçılarının ailələrinə yardımın artırılmasını təklif edib.

Rusiya prezidenti “SSRİ-nin qabaqcıl təcrübəsi ilə son onilliklərin təcrübəsinin sintezini” vəd edərək təhsil islahatını elan etdi. Xüsusilə, Putin 4 ildən 6 ilə qədər təhsil müddətinin universitetlərə qaytarılmasını təklif edib.

Bundan əlavə, Putin biznes elitasını Rusiyaya qayıtmağa və ölkədə biznesi inkişaf etdirməyə çağırıb:

“Ölkənin sadə vətəndaşlarından heç biri, inanın ki, xarici banklarda kapitalını itirənlərə görə ağrı hiss etmədi. Hər kəs başa düşməlidir: həm rifah mənbələri, həm də gələcək yalnız burada, doğma vətənində - Rusiyada olmalıdır”, deyə Putin vurğulayıb.

Putinin çıxışında əsas məqamlardan biri Rusiyanın “Strateji Silahlara Nəzarət Müqaviləsi”ndə iştirakının dayandırılması ilə bağlı bəyanat olub. Prezident bildirib ki, Moskva bundan sonra müfəttişləri Rusiyanın nüvə obyektlərinə buraxmayacaq və Rusiyanın müqaviləyə qayıtması üçün Fransa və İngiltərə kimi nüvə silahına sahib olan ölkələrin hansı iddiada olduğunu anlamaq lazımdır.

Qeyd edək ki, ABŞSSRİ, sonra isə Rusiya arasında nüvə potensialının inkişafını məhdudlaşdıran müqavilələr 1972-ci ildən qüvvədədir.

Putin həmçinin nüvə sınaqlarına qayıtmağa hazır olduğunu açıqlayıb. “Vaşinqton nüvə silahının təbii sınağı haqqında düşünür, belə məlumatlar var. Əgər ABŞ bunu etsə, Rusiya Müdafiə Nazirliyi və “Rosatom” Rusiyanın nüvə silahını sınaqdan keçirməyə hazır olduqlarını təmin etməlidirlər”, deyə Putin bildirib.

Politoloq Tatyana Stanovaya Putinin çıxışını şərh edib: “Putin yeni heç nə demir, amma bütün bu köhnə fikirlər daha radikal formada təqdim olunur”.

Politoloq Fyodor Krasheninnikov “Dojd” telekanalının efirində deyib ki, Putin öz seçicilərinə kifayət qədər nikbin işarələr verib.

“Putinin elektoratı, onun çıxışını internetdən yox, televiziyadan izləyən və heç nəyi sezməyən adamın bu çıxışı xoşuna gələcək. Bu müraciət geosiyasi spekulyasiya və psevdotarixi nağıllarla deyil, geniş sosial vədlər proqramı ilə dolu idi”.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar