Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan uğrunda Qərb-Rusiya savaşı - Kim qazanacaq?

Rusiya XİN-nin təmsilçisi Mariya Zaxarova bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının məqsədi Rusiyanı regiondan çıxarmaqdır...

Cavanşir Abbaslı: “Rusiya missiyanın gəlişini Paşinyan iqtidarına heç bir halda bağışlamayacaq”.

Ermənistan uğrundakı savaşı Qərb Rusiyaya uduzacaq. Sonunda devrilməsə belə, biz Paşinyanı Kreml sarayında Putinin kabinetinin önündə görüş üçün gözləyən görəcəyik”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Mariya Zaxarovanın Ermənistana gələn missiya haqqındakı fikirlərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının məqsədi Rusiyanı regiondan çıxarmaqdır. Rusiyanın İrəvana bu qədər açıq mesaj verməsini necə dəyərləndirmək olar və bundan sonrakı mərhələdə Rusiya-Ermənistan münasibətlərinin inkişafı necə görünür? Eyniz zamanda Ermənistanda Rusiya ilə Qərb arasında başlanan geosiyasi mübarizənin regiona mümkün təsirləri ilə bağlı nə deyək olar?

Ermənistan ətrafında baş verənlər prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İstənilən halda bu proseslərin necə cərəyan edəcəyi həm də ən çox Ukraynada gedən savaşın nəticəsindən asılı olacaq”.

Şimal qonşumuzun nə qədər kiçik dövlət kimi görünsə də, regionda bəzən maraqlarını Ermənistan üzərindən təmin etməyə çalışdığını nəzərə çatdıran siyasi-şərhçi bildirib ki, Rusiyanın Qafqaz regionunda forpostuna çevirə biləcəyi ikinci bir ölkə yoxdur:

“Bəlkə də, ilk dəfə olaraq, Zaxarovanın fikirləri ilə tam şəkildə razılaşıram. Çünki, onsuz da Qərb dünyasının əsas hədəfi Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaqdır və bu əslində heç kəsə sirr də deyil. Avropa İttifaqının da göndərdiyi bu missiya Qərbin niyyətini həyata keçirmək üçün atdığı addımlardan biri sayılmalıdır. Həm də burada bir məsələ də var ki, onu gözardı etmək olmaz. İkinci Qarabağ savaşında əsas söz sahibi Rusiya və qardaş Türkiyə oldu. Bunu inkar etmək olmaz. 10 noyabr sazişinin əldə olunmasında əsas rolu Rusiya oynadı və həmin sazişlə üzərinə öhdəliklər götürdü. Halbuki, ATƏT Minsk qrupunun Rusiya ilə yanaşı ABŞ və Fransa kimi digər həmsədr ölkələri də var idi.

Sadəcə olaraq, həmin iki dövlət başda olmaqla, Avropa məkanı 44 günlük savaşda sərgilədiyi mövqe ilə bu proseslərdən kənarda qaldılar və bununla Rusiya qarşısında ən çox onlar “yaşıq işıq” yandırdılar ki, indi bunun bədəlini ödəyirlər. Ən müxtəlif yollarla Qafqaza burun soxmağa çalışırlar, amma bacarmırlar. Sadəcə indi Ermənistan vasitəsilə Qarabağ məsələsində iştirakçı olmaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Açığı bu niyyətlərinə çatmayacaqlarını düşünürəm.

Rusiya missiyanın gəlişini Paşinyan iqtidarına heç bir halda bağışlamayacaq. Sadəcə indi başı daha çox Ukrayna savaşına qarışıb. Həm də bir qədər arxayındır. Bilirsiniz nədən? Qərb ölkələrinin Qafqaz regionunun əsas dövlətləri ilə münasibətləri heç də yaxşı səviyyədə deyil. Əminliklə deyirəm ki, həmin dövlətlərin heç biri ABŞ və Fransa başda olmaqla bu regionda maraqları olan digər Avropa ölkələrinin burada söz sahiblərindən birinə çevrilmələrini, yaxud da burada möhkəmlənmələrini istəmirlər. Bu sadəcə sabitliyin pozulması olar. Qafqaz regionu barıt çəlləyinə çevrilər. İstənilən halda bu proseslərin necə cərəyan edəcəyi həm də ən çox Ukraynada gedən savaşın nəticəsindən asılı olacaq.

Cavanşir Abbaslı: “Erməni tərəfi yaxşı anlayır ki, dövlət kimi varlıqları daha çox Kremlə bağlıdır”.

Təbii ki, burada Paşinyana göndərilən mesaj açıq görünür. Amma burada Ermənistan bir peşka rolunu oynayır. Sadəcə II Qarabağ savaşında gözlədikləri dəstəyi forpostu olduqları ölkədən, yəni Rusiyadan almadıqları üçün nicat yolunu Qərbdə axtarmağa davam edirlər. Amma bu çox da uzun çəkməyəcək. Əvvəl-axır yenə də Rusiyanın ayaqlarına düşüb imdad diləyəcəklər. Birincisi, Qərb ölkələri bir dövlətin sona qədər arxasında durmayıblar. Bunu yaxın tarixdəki baş verən bir neçə hadisə sübut edir. Digər tərəfdən Ermənistana Rusiya təsiri hələ də güclü olaraq qalmaqdadır. Öncəliklə ərazilərindəki 102-ci rus hərbi bazasını çıxarsınlar, sonra xam xəyallara düşərlər.

Bir sözlə Ermənistan uğrundakı savaşı Qərb Rusiyaya uduzacaq. Sonunda devrilməsə belə, biz Paşinyanı Kreml sarayında Putinin kabinetinin önündə görüş üçün gözləyən görəcəyik. Nə Rusiya Ermənistandan, nə də Ermənistan Rusiyadan vaz keçən deyil. Şimal qonşumuz nə qədər kiçik dövlət kimi görünsə də, regionda bəzən maraqlarını Ermənistan üzərindən təmin etməyə çalışır. Çünki Qafqaz regionunda forpostuna çevirə biləcəyi ikinci bir ölkə yoxdur. Erməni tərəfi də yaxşı anlayır ki, dövlət kimi varlıqları daha çox Kremlə bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar