Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnı ilk dəfə birmənalı olaraq Krımın Ukraynaya qaytarılmasına tərəfdar olub…

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsində hbsxanada olan Aleksey Navalnı öz siyasi platformasını dərc edib…

Poliqon.info xəbər verir ki, bu proqramda əvvəllər Krım probleminin sadə həllinin olmadığını deyən müxalifətçi bəyan edib ki, Ukrayna 1991-ci il sərhədlərinə qayıtmalıdır, yəni Rusiya Krımı qaytarılmalıdır.

Qeyd edək ki, Navalnı “Ölkəsi üçün ən yaxşısını istəyən Rusiya vətəndaşının 15 baxışı” adlı platformasını dərc edib. Siyasətçinin əsas tələbləri müharibəni dayandırmaq, Ukraynaya təzminat ödəmək, onun ərazisində törədilən hərbi cinayətləri araşdırmaq, hakimiyyəti dəyişmək, parlament respublikası qurmaq və Avropa yoluna qayıtmaqdır.

Proqramın ayrıca bəndi Ukraynanın sərhədlərinə həsr olunub. Siyasətçi yazır ki, onlar 1991-ci ildə müəyyən edilmiş beynəlxalq səviyyədə tanınan Rusiya öz sərhədlərinə qayıtmalıdır.

“1991-ci ildə biz Rusiya olaraq Ukraynanın ərazilərini tanımışq. Rusiya həmin sərhədləri indi də tanımalıdır. Burada müzakirə olunacaq bir şey yoxdur”, deyə Navalnı yazıb. Müxalifətçi platformasının növbəti bəndində yazır ki, 2014-cü ildə Krımı ilhaq edən Rusiya bütün rus qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.

Xatırladaq ki, Navalnı həmişə Krımın ilhaqını qeyri-qanuni adlandırıb, lakin əvvəllər bildirib ki, mübahisəli yarımadanın kimə məxsus olması sualına birmənalı cavab vermək mümkün deyil. 2014-cü ildə “Exo Moskvı”ya müsahibəsində Navalnı demişdi: “Ukraynalılara qəti şəkildə tövsiyə edirəm ki, özlərini də aldatmasınlar. O, Rusiyanın tərkibində qalacaq və yaxın gələcəkdə heç vaxt Ukraynanın bir hissəsi olmayacaq”.

Müxalifətçi digər ictimai açıqlamalarında isə bildirib ki, yarımadanın taleyini onun sakinləri özləri həll etməlidir. 2016-cı ildə siyasətçi deyib ki, Krımda keçirilən “ədalətli” referendumu beynəlxalq nəzarət və şəffaf səsvermə ilə yenidən keçirmək lazımdır ki, bu da yarımadanın gələcəyini müəyyən edəcək.

Navalnı 2018-ci il prezident seçkiləri proqramında yazırdı: “Krımın statusu yeni demokratik Rusiyaya əvvəlki hakimiyyətdən miras qalacaq problemdir. Rusiyanın bu məsələdə mövqeyi Krım xalqlarının öz taleyini müstəqil həll etmək hüququnun tanınması ilə müəyyən ediləcək”.

2019-cu ilin noyabrında “Exo Moskvı”ya müsahibəsində Navalnı bildirib ki, “Krım probleminin sadə həlli yoxdur”. O, bunu onunla izah edib ki, Krımda Rusiya pasportu olan iki milyon insan var.

Bazar ertəsi yayımlanan proqramda Navalnı həmçinin yazır ki, müharibədən sonra yeni Rusiya hökuməti Ukrayna, ABŞ, Aİ və Britaniya ilə birlikdə Ukraynaya dəymiş ziyanı kompensasiya etmək yollarını tapmalı olacaq. Siyasətçi deyir ki, bunun üçün Rusiya nefti və qazının ticarətinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq, karbohidrogenlərin ixracından əldə olunan gəlirin bir hissəsini belə kompensasiyaya yönəltmək mümkün olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar