Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin “sülh planı” və ümidləri…

Ukrayna prezidenti deyib ki, onun “sülh planı” ABŞ, Çin və digər güclərdən təminat nəzərdə tutur...

Poliqon.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Corriere della Sera” qəzetinə müsahibəsində onun “sülh planı”nın münaqişənin həlli üçün təminat nəzərdə tutduğunu bildirib.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, beynəlxalq ictimaiyyət birləşəcək və onun ABŞ, Çin və digər “böyük dövlətlər” tərəfindən təminatların daxil olduğu on bəndlik sülh planını dəstəkləyəcək. Ukrayna prezidemtinin sözlərinə görə, bu plan dünya sülhünə nail olmağa yönəlib.

Zelenski həmçinin Çinin Ukraynadakı münaqişə ilə bağlı “praqmatik mövqe tutacağını” gözlədiyini qeyd edib.

“Əks halda üçüncü dünya müharibəsi riski ilə üzləşirik”, deyə Ukrayna prezidenti əlavə edib.

O qeyd edib ki, Çin-Ukrayna münasibətləri həmişə çox yaxşı olub.

“Biz bu illər ərzində intensiv iqtisadi əlaqələr saxlamışıq və bunun dəyişməməsi hər kəsin marağındadır. Hazırda qlobal vəzifə hər hansı nüvə münaqişəsi riskinin qarşısını almaqdır”, deyə Ukrayna lideri bildirib.

Zelenskinin planı on bənddən ibarətdir. Bu planda Ukraynada sülh üçün radiasiya və nüvə təhlükəsizliyi, ərzaq və enerji təhlükəsizliyi, hərbi əsirlərin mübadiləsi, ölkənin ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması, ədalətin qaytarılması, eskalasiyanın qarşısını almaq və müharibənin sonunu təyin etmək nəzərdə tutulur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar