Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş...

Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.

Poliqon.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşibmiş. N.Məmmədov "Audi" markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan "Audi"nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayırmışlar.

Poliqon.info 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar