Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov general köməkçisinin zəhərləməyə cəhd edildiyini iddia edib

“Axmat” xüsusi təyinatlılarının komandiri general Apti Alaudinov zəhərli zərf alıb...

“Onlar Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinovu zəhərləməyə cəhd ediblər”.

Poliqon.info xəbər verir ki, bu barədə Çeçnistanın başçısı Ramzan Kadırov öz Telegram kanalında yazıb.

Kadırov iddia edir ki, fevralın 8-də Alaudinovun adyutantı ona ünvanlanan zərf alıb. Çeçenistan rəhbərinin sözlərinə görə, məktub zəhərli maddə ilə doydurulub.

“Apti Aronoviç xüsusi qoxudan zərfin zəhərləndiyini başa düşüb və vaxtında tədbir görüb. Əllərini və burun boşluğunu yuyub. Zərflə təmasda olan generalın adyutantları da belə ediblər. Zəhərlənənlər tibb batalyonuna yerləşdirilib, burada baş həkimin və biri peşəkar toksikoloq olduğu üzə çıxan iki həkimin bacarıqlı və səriştəli hərəkətləri nəticəsində ağır nəticələrin qarşısı alınıb”, deyə deyə Kadırov yazıb.

Çeçenistan lideri əlavə edib ki, hazırda Alaudinov və iki adyutant Moskva klinikalarından birindədir və müalicə alırlar.

Kadırov qeyd edib ki, artıq sui-qəsdlə bağlı araşdırmanın nəticələri var. O, təfərrüatları açıqlamayıb.

Çeçen lider zəhərlənməyə cəhdin harada baş verdiyini də Kadırov bildirməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar