Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada büdcə tənzimləmələri - Neft gəlirləri büdcəyə uyğunlaşdırılır…

Rusiya hökumət neft vergilərinin parametrlərini kəskin şəkildə dəyişir…

Poliqon.info xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzet yazır ki, sanksiyalar və artan büdcə kəsiri fonunda hökumət şənbə günü keçirilən iclasda Dövlət Dumasının fevralın 13-də müzakirə edəcəyi vergi sisteminin yeni parametrləri barədə qərar qəbul edib. Hökümət neft vergilərini hesablayarkən “Urals”ın “Brent”ə qarşı endirimli qiymət fərqini təyin etmək qərarına gəlib və yeni büdcə proqnozlarına görə “Urals”ın “Brent”ə qarşı endirimli qiyməti apreldə bir barel üçün 34 dollara, iyula qədər isə tədricən 25 dollar/barelə qədər enəcək .

Bundan əlavə, hökumət benzin və dizel yanacağı üçün amortizator üçün subsidiyaları yenidən azaldacaq ki, bu da hər ay büdcəyə təxminən 25 milyard rubl əlavə gəlir gətirəcək. Hökümətin verdiyi qərar görə, həmçinin mart ayından etibarən Rusiya dünya bazarında neftin qiymətini yüksəltmək üçün gündəlik neft hasilatını 500 min barel azaldacaq.

“Kommersant” bildirir ki, həftə sonu Rusiya hökuməti Dövlət Dumasına neft sənayesi üçün vergi sisteminin parametrlərinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Artıq hökumətin sənayedə vergilərin hesablanması üçün kotirovkaları (MET, ƏDV, ixrac rüsumu və neftə əks aksiz) dəyişəcək. Söhbət “Urals”ın kotirovkalarının sabit endirim nəzərə alınmaqla “Brent”ə bağlanmasından gedir ki, bu da neft şirkətlərini, ya bu dəyərdən aşağı olmayan neft satmağa, ya da büdcəyə daha çox vergi ödəməyə məcbur etməlidir. Bu il Rusiya büdcəsinin proqnozlarında “Urals” neftinin orta qiymətinin 70 dollar olacağı göstərilsə də, xəzinə dekabr və yanvar aylarında Aİ embarqosunun qüvvəyə minməsindən sonra “Urals” neftinin bir barelinin qiymətinin 50 dollardan aşağı düşüb və bu üzdən də Rusiya büdcəsi ciddi kəsirlərlə üzləşib.

“Kommersant”ın bir neçə mənbəsinin məlumatına görə, fevralın 11-də baş nazirin müavini Aleksandr Novak neft sektörü ilə yekun iclas keçirib və bu iclasda “Uralsın”ın “Brent”ə endiriminin həcmini müəyyənləşdirməli olublar. Nəticədə, qanun layihəsi endirimdə rəvan bir azalma təyin edib: apreldə 34 dollardan iyulda bir barel üçün 25 dollar hədəfə çatana qədər hər ay bir barel üçün 3 dollar azaldılma müəyyən edilib.

“Kommersant”ın mənbələri bildiriblər ki, Maliyyə Nazirliyi daha sərt variant, bir barel üçün 20 dollar təklif edib. Yəni neft şirkətlərinə bir neçə ay vaxt verilir ki, Ural alıcıları ilə endirimi azaltmaq üçün danışıqlar aparmağa çalışsınlar, əks halda onlar xəzinəyə daha çox vergi ödəməli olacaqlar.

Reuters hesab edir ki, əgər yanvar ayında bir barel üçün 25 dollar endirim tətbiq edilsəydi, Urals vergisinin qiyməti 49 dollar əvəzinə 58 dollar olacaq və bu da büdcəyə əlavə 63 milyard rubl gəlir gətirə bilərdi.

Yanvarda endirim 40 dollar/barelə çatıb, şirkətlər hətta hasilatı və ixracı artırıblar, çünki qiymət əsasən büdcə hesabına itirilir. Aİ Ukraynadakı müharibə fonunda Rusiya gəlirlərini azaltmaq cəhdi ilə neftin alınmasını qadağan etdiyi üçün neft şirkətləri Rusiya neftini endirimlə satmaq məcburiyyətində qalıb. Eyni zamanda, G7 ölkələri Rusiya nefti və neft məhsulları üçün qiymət tavanı tətbiq edərək, Rusiya dəniz yüklərinin tavandan yuxarı qiymətə satıldığı təqdirdə daşınması və sığortası xidmətlərinin göstərilməsinə qadağa qoyub. Hələlik, “Urals”ın 60 dollar olan tavan qiymətindən xeyli aşağı olduğu üçün tavanın özü ixraca ciddi təsir göstərməyib. Bununla belə, hazırda Brent 86 dollar/barel civarında olduğu və endirimin 25 dollara düşəcəyi ilə “Urals” yaxın aylarda tavan qiymətin qadağaları ilə rastlaşa bilər.

Eyni zamanda, Rusiya hakimiyyəti dünya bazarında neftin qiymətini artırmağa çalışır. Fevralın 10-da Aleksandr Novak Rusiyanın birtərəfli qaydada mart ayından hasilatı 5%, sutkada 500 min barel azaldacağını bəyan edib. “Kommersant”ın həmsöhbətlərindən birinin sözlərinə görə, neft şirkətləri artıq OPEC+ sazişi çərçivəsində əldə etdikləri kimi, hasilata mütənasib kvotalar alacaqlar. OPEC+ sazişinin digər iştirakçıları fevralın 1-də keçirilən iclasda kvotalarını dəyişməmək qərarına gəliblər ki, bu da Rusiyanı müstəqil hərəkət etməyə məcbur edib. İndi Rusiya artıq OPEC+-dakı kvotasından gündə təxminən 600 min barel az hasil edir (kondensat istisna olmaqla, bu, sutkada 10,5 milyon bareldir), mart ayından etibarən kvotanın artıqlaması gündə 1 milyon bareldən çox olacaq.

Yeni düzəlişlərə əsasən, apreldən iyunadək endirim müvəqqəti olaraq bir barel üçün 25 dollara qədər yüksələcək, sonra isə eyni dəyərə keçəcək.

Oxşar düzəlişlər dizel yanacağı üçün amortizatorun hesablanmasına da ediləcək.

“Kommersant”ın həmsöhbətinin sözlərinə görə, dizel yanacağının qiymətinin kəskin artmasının qarşısını almaq üçün belə “ehtiyatlı” variant seçilib.

Hökümətin qərarı “Urals” endiriminin son həddini sərt şəkildə təyin etmək və əslində büdcədəki kəsirin artımının qarşısını almaqdır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Ən çox oxunanalar