Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli seysmoloq Doğan Perinçek: “Növbəti dağıdıcı zəlzələ Mərmərə dənizində ola bilər”

Ərzincanda baş verən zəlzələ 7,9 bal gücündə olsa da, əhatə dairəsinə görə daha kiçik olub...

 

“Növbəti irimiqyaslı zəlzələ Mərmərə dənizində Çanaqqala limanı ərazisində baş verə bilər”.

Bu barədə türkiyəli seysmoloq, professor Doğan Perinçek bildirib.

Ekspertin sözlərinə görə, cənub-şərqdə baş verən zəlzələlər təxminən 470 km ərazini əhatə edib, Mərmərə dənizinin uzunluğu isə 250 km-ə yaxındır. Afterşoklar (əsas zəlzələdən sonra baş verən təkanlar) 6,6 bal gücünə çatıb və demək olar ki, əsas təkana bərabər olub.

“Əhatə dairəsi baxımından bu, yəqin ki, Türkiyədə ilk belə zəlzələdir”, - deyə alim qeyd edib.

O bildirib ki, Ərzincanda baş verən zəlzələ 7,9 bal gücündə olsa da, əhatə dairəsinə görə daha kiçik olub.

Perinçek izah edib ki, faciənin dağıdıcı miqyası təkanların iki qırılma xəttinin qovuşduğu nöqtədə baş verməsi ilə bağlıdır.

“Son 10 gündə Mərmərə dənizi istiqamətindən Çanaqqalada artan seysmik aktivlik müşahidə edirəm”, - deyə o məlumat verib. Doğan Perinçek əlavə edib ki, bu nöqtədən keçən qırılma xətti təxminən 250 ildə bir dəfə 7 bal gücündə zəlzələ yaradır. O, həmçinin xatırladıb ki, sonuncu belə fəlakət 287 il əvvəl baş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar