Abşeronda iranlı narkobaronun qoyduğu narkotiki götürən şəxs tutulub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə fevralın 3-də Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Axundzadə Asif Azər oğlu “Barat” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olub, həmin gün saat 01 radələrində “Barat”ın Saray qəsəbəsi ərazisində qoyduğu yaşıl rəngli sellofanda külli miqdarda marixuana, heroin və metamfetamini götürərək, qanunsuz olaraq əldə edib və daşıyıb. Asif Axundzadə elə həmin gün saat 02 radələrində Saray qəsəbəsi ərazisində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hazırda istintaq davam edir.
pia.az