Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ üçün əsas təhlükə…

Nümayəndələr Palatasının spikeri Makkarti: Dövlət borcu ABŞ üçün əsas təhlükənin nə olduğunu açıqlayıb…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti dövlət borcunun ölkə üçün əsas təhlükə olduğunu bildirib. Onun sözlərinə görə, borclanmanın həcmi ABŞ ÜDM-nin 120 faizinə çatıb. Makkarti qeyd edib ki, bu, bütün ABŞ iqtisadiyyatından çoxdur.

ABŞ-ın dövlət borcu hazırda ABŞ ÜDM-nin 120 faizini təşkil edir, yəni həcm baxımından bütün ABŞ iqtisadiyyatını üstələyir. Bu, Amerika tarixində heç vaxt olmadığı qədər çoxdur”, deyə Makkarti bildirib.

Eyni zamanda Nümayəndələr Palatasının spikeri hökumətin xərcləmə ilə bağlı problemlərinin olduğunu vurğulayıb, və dövlət xəzinəsinə daxil olan gəlirlərin hazırda ABŞ tarixində heç vaxt olmadığı qədər yüksək olduğuna aydınlıq gətirib.

Qeyd edə ki, Nümayəndələr Palatasının respublikaçı üzvü, deputat Brayan Fitspatrik daha əvvəl dövlət borcunun səviyyəsinin dollara nisbətdə müəyyənləşdirilməsindən imtina etməyi təklif etmişdi.Respublikaçı konqresmen hesab edir ki, bunun əvəzinə ştatlar ÜDM faizinə keçməlidir.

Problemlərin həlli üzrə Nümayəndələr Palatasının partiyalararası işçi qrupuna həmsədrlik edən Fitzpatrikin sözlərinə görə, 2008-ci ildə ABŞ-ın dövlət borcu ölkənin ÜDM-nin təxminən 40%-ni, 2018-ci ildə isə təxminən 70%-ni, indi isə 125%-ni təşkil edib ki, bu prosesin haraya qədər gedəcəyi də müəyyən deyil..

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar