Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç XİN: Türkiyə ilə NATO memorandumunda dini məsələlər yer almayıb

Din və əlaqəli məsələlər Ankara, Stokholm və Helsinki arasında NATO-ya üzv olmaq haqqında memorandumun bir hissəsi deyil...

PİA.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billstrom bildirib və onun sözlərini SVT telekanalı sitat gətirib.

Bununla İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Stokholm müqəddəs kitabın yandırılmasına icazə verdiyi halda, Ankara krallığın hərbi bloka qoşulmasına razılıq verməyəcək” sözlərini şərh edib.

“Biz söz azadlığı məsələsində güzəştə getmirik, və İsveçdən NATO-ya üzv olmaq üçün nə tələb olunduğu da aydındır. Yəni biz üçtərəfli memorandumda göstərilən tələblərə cavab veririk. Biz bunu konstitusiyamız, qanunvericiliyimiz və hüquqi təhlükəsizlik prinsipləri ilə müəyyən edilmiş çərçivədə edəcəyik”, deyə Billstrom bildirib.

Eyni zamanda o, əlavə edib ki, o, insanların müqəddəs kitabların yandırılmasından incidiyini və bunu dərin təhqir kimi qəbul etdiyini mükəmməl şəkildə başa düşür.

Qeyd edək ki, fevralın 1-də Ərdoğan ifrat sağçı Rasmus Paludanın hərəkətlərini və İsveç hakimiyyətinin onlara reaksiyasını yenidən pisləyib.

Paludan yanvarda “Quran”ı beş dəfə yandırıb (yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında, 27-də Kopenhagendəki məscid, Türkiyə səfirliyi və Rusiya səfirliyinin yaxınlığında, yanvarın 29-da isə Rusiya səfirliyi qarşısında Danimarkada) və polis onu dayandırmağa çalışmayıb. Paludan Ərdoğan İsveçin Şimali Atlantika Alyansına qoşulmasına razılıq verənə qədər “Quran”ın yandırılması ilə bağlı aksiyaları davam etdirəcəyinə söz verib.

“İsveç, xəyal belə edə bilməzsən! Nə qədər ki, siz mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəsiniz və bunu təhlükəsizlik qüvvələri ilə koordinasiyada həyata keçirəcəksiniz, biz sizin NATO-ya daxil olmanıza “hə” deməyəcəyik”, deyə Türkiyə prezidenti bildirib.

Bununla belə, Ərdoğan əmin edib ki, Ankara bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar