Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron: Fransa və Almaniya Avropanın yenilənməsində öncül olmalıdır

Fransa lideri Emmanuel Makron Sorbonnada çıxışı zamanı deyib ki, Fransa və Almaniya Avropanın yenidən doğuşunun öncülləri olmalıdırlar...

PİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Fikrini izah edən Makron bildirib ki, söhbət yeni enerji modelinin yaradılması və ekoloji islahatlardan gedir.

“Almaniya və Fransa birlikdə Avropamızın dirçəlişinin öncülləri olmalıdırlar. Hər şeydən əvvəl, söhbət yeni bir enerji modelinin birgə qurulmasında gedir. Ətraf mühitin dəyişməsi üçün lazım olan dövlət və özəl investisiyaları Avropa səviyyəsində sürətləndirməliyik. Biz enerji mənbələrimizin və təchizatlarımızın şaxələndirilməsini başa çatdırmalı və qitəmizdə karbonsuz enerji istehsalını təşviq etməliyik”, deyə Makron bildirib.

O, həmçinin vurğulayıb ki, Fransa və Almaniya Aİ-ni diplomatik və müdafiə sahəsində, kosmosun öyrənilməsi və süni intellekt texnologiyasının inkişafı sahəsində liderə çevriləcək müstəqil geosiyasi gücə çevirmək üçün hərəkətə keçməlidir.

Makron qeyd edib ki, Paris bütün sahələrdə Ukraynanı dəstəkləməyə davam edəcək. Fransa Ukraynanı, Moldovanı və Qərbi Balkan ölkələrini islahatlar yolunda müşayiət edəcək. Paris onlarla Avropa Siyasi Birliyi çərçivəsində əməkdaşlığı gücləndirməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, ötən həftə Makron bildirmişdi ki, ABŞ-ın iqtisadi siyasəti Avropanın sənayesi üçün təhlükə yaradır. Onun sözlərinə görə, iqlim və enerji keçidləri, qitənin sənayeləşməsi, eləcə də Avropa sənayesinin strateji muxtariyyəti Aİ iqtisadiyyatının inkişafı üçün vacibdir. Bu sahələrdə görülən işlər avropalılara yaşıl enerjinin inkişafını sürətləndirməyə, həmçinin hasilatı genişləndirməyə imkan verəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar