Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda arvadını bıçaqlayan ər intihar edib

Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

Bu barədə PİA.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

pia.az


Etiket: intihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar