Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada minlərlə insan hökumət əleyhinə etiraz aksiyasına çıxdı - Video

İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirilib.

Aksiyada ən azı 30 min insan iştirak edib.

Bu barədə Nazirlər Kabinetinin Madriddəki ofisindən məlumat verilib.

Aksiya şəhər bələdiyyəsinin yerləşdiyi Sibeles meydanında başlayıb. Bir çox iştirakçılar özləri ilə İspaniya bayraqları gətiriblər. Etirazçılar hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər. Həmçinin hazırkı baş nazir Pedro Sançesə qarşı da etirazlarını bildiriblər. Mitinqə bəzi yerli müxalifət siyasətçiləri də qatılıblar.

Aksiya təşkilatçılarının sözlərinə görə, hazırda krallıq “çətin vəziyyətdədir”. Onlar konstitusiyanın müdafiəsi, həmçinin azad və bərabər hüquqlu insanların yaşadığı vahid və çiçəklənən İspaniya üçün etiraz aksiyasına qatılmağa çağırıblar.

“Biz demokratiyamızın korlanması, dövlətimizin zəifləməsi və institutların ciddi dəyişikliyə məruz qalması barədə xəbərdarlıq edirik. Biz hakimiyyətin separatizm, totalitar populizm və ETA siyasi cəbhəsinin (Bask terror qruplaşması) davamçıları tərəfindən dəstəklənməsi və himayə edilməsinə qarşıyıq”, - deyə aksiya təşkilatçıları qeyd ediblər.(oxu.az)

pia.az 


Etiket: Eriraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Ən çox oxunanalar