Serbiya prezidenti Aleksandr Vuçiç Krım və Donbasın Ukrayna ərazisi olduğunu və bu ərazilərə Rusiyanın ilhaq siyasətini heç zaman qəbul etmədiyini bildirib…
PİA.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə Bloomberg Agentliyinə müsahibəsində bildirib.
“Bizim üçün Krım Ukraynadır, Donbas Ukraynadır və belə də qalacaq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini tanımamışıq”, deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, Belqrad başlanğıcdan Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməyib.
Vuçiç bildirib ki, Serbiya hökumətinin Rusiya rəhbərliyini tam dəstəklədiyini də güman etmək düzgün deyil.
“Bizim ənənəvi olaraq Rusiya ilə yaxşı münasibətlərimiz var, lakin bu o demək deyil ki, biz Kremldən gələn hər bir qərarı və ya əksər qərarları dəstəkləyirik”, deyə Serbiya lideri əlavə edib.
Bloomberg yazır ki, son illərdə Vladimir Putinlə onlarla görüş keçirən və onunla birbaşa danışmaq üçün rus dili dərsləri alan Vuçiç rusiyalı həmkarı ilə bir neçə ay da danışmadığını qeyd edib.
Agentlik qeyd edir ki, Ukraynadakı müharibə Moskva ilə Belqrad arasında münasibətləri gərginləşib. “Vaqner” ÖHŞ-nin Ukrayna müharibəsinə yollamaq üçün Serbiyadan muzdlular toplamaq cəhdindən sonra iki ölkə arasında problemlər yaşanır.
Bu məsələyə münasibət bildirən Serbiya prezidenti bildirib ki. “Vaqner” Serbiyadan “öz arxa bağçası” kimi istifadə edə bilməz.
Bloomberg-ə müsahibəsində Vuçiç Serbiya qanunlarının özəl hərbi şirkətləri qadağan etdiyini qeyd edib.
pia.az