Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünyada adımızı “yol kəsən” qoyublar” - Hafiz Hacıyev

Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının mahiyyətini dünyaya düzgün yayan komanda yoxdur”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasına dünyada verilən qiyməti PİA.az-a şərh edərkən qeyd edib.

Bir aydan çoxdur ki, azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər Xankəndi-Laçın yolunda dinc aksiya keçirirlər. Havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq, aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunda sülhməramlıların nəzarəti altında olan faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına qarşı mübarizələrini davam etdirirlər. Lakin təəssüf ki, ermənipərəst Qərb mediası, xüsusilə Fransa KİV baş verənlərə siyasi don geyindirərək aksiyanı dünyaya Azərbaycanın erməniləri blokadaya alması kimi təqdim edirlər.

Bəs dinc aksiyaya siyasi don geyindirənlərə Azərbaycanın cavabı nə vaxt olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Xankəndi-Laçın yolunda aksiya keçirilir, amma bir yandan da oradan maşınların keçməsinə şərait yaradılır. Bilmirik o maşınların içində silah, narkotik və yaxud da başqa nələr daşınır”.

38 gündür Xankəndi-Laçın yolunda tədbir keçirildiyini, amma dünya dövlətlərindən heç birinin bu aksiyanı normal işıqlandırmadığını, yaxud da həqiqəti demədiyini vurğulayan partiya sədri bildirib ki, bu da çətin məsələdir:

Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının mahiyyətini dünyaya düzgün yayan komanda yoxdur. Buna görə də biz haqlı olduğumuz yerdə, haqsız çıxmışıq. Ermənilər də bundan çox ustalıqla istifadə edirlər. Ermənilər dünyada təbliğ apararaq guya azərbaycanlılar Qarabağ ermənilərə qarşı “hümanitar fəlakət” həyata keçirirlər. Bizim adımızı da “yol kəsən” qoyublar.

Bizim xarici siyasətimiz böyük qüsurlar var. Gərək diaspor komitəmiz dünyada yayaydı ki, biz orada “hümanitar fəlakət” törətmirik. Əksinə olaraq biz Xankəndi-Laçın yolunda hümanitar məqsədlər üçün aksiya keçiririk. Ermənistan bu aksiyanı elə qələmə verir ki, biz 38 gündə heç nəyə nail ola bilməmişik. Amma cənab Prezident deyirsə ki, bu aksiya bizə lazımdır, demək lazımdır. Gərək bu laızmlığı biz dünyada öz xeyrimizə edərdik.

Xankəndi-Laçın yolunda Azərbaycanın Gömrük Komitəsinin postu olsaydı biz dünyaya deyərdik ki, torpaq bizimdir. Dünyada qanun da belədir ki, kim kiminsə sərhədini keçəndə yoxlanış olmalıdır. Ermənilər oradan dərman keçirsələr biz onlara heç nə edəsi deyilik. Əgər belə olsaydı bu daha yaxşı effekt verərdi. Qeyd edim ki, bu vaxta qədər Dağlıq İcmasını tanıyan yox idi. Keçirdiyimiz aksiyadan sonra dünyada Qarabağ İcması adı ilə bizə təzyiq göstərirlər. Bu da xarici siyasətimizdə olan zəifliyin bir əlamətidir. Hətta xarici kallar da Xankəndi-Laçın yolunda çəkliş edirlər. Sonra gedib bizim əleyhimə sujet hazırlayıb yayırlar.

Hafiz Hacıyev: “Azərbaycanın 44 günlük müharibədən sonrakı vəziyyəti ilə indiki vəziyyəti eyni deyil”.

Bu nöqsanları aradan qaldırmaq üçün xarici dövlətlərdə olan səfirlərimiz, diaspora komitələrimiz çox böyük işlər görməlidirlər. Amma hələ ki, onların bir iş gördüyü görünmür. Xankəndi-Laçın yolunda aksiya keçirilir, amma bir yandan da oradan maşınların keçməsinə şərait yaradılır. Bilmirik o maşınların içində silah, narkotik və yaxud da başqa nələr daşınır.

Azərbaycanın 44 günlük müharibədən sonrakı vəziyyəti ilə indiki vəziyyəti eyni deyil. Müharibədən sonra bütün dünya Azərbaycanın tərəfində idi. Düşünürəm ki, təcili tədbirlər görülməlidir. Əgər tədbirlər görülməsə, Azərbaycan uduzmağa doğru gedəcək. 38 gündür Xankəndi-Laçın yolunda tədbir keçirilir, amma dünya dövlətlərindən heç biri bu aksiyanı normal işıqlandırmır, yaxud da həqiqəti demir. Bu da çətin məsələdir. Çox məsələləri bilirik, amma heç nəyi danışa bilmirik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar