Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdda: Rəisi Xameneyinin yerinə yetişdirilib…

“Vəhşilik, sədaqət və vicdansızlıq onların ortaq xüsusiyyətidir”…

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin araşdırılmasında bildirilir.

Hüquq müdafiəsi qruplarının hesabatlarına görə, bir axtlar Tehranda gənc prokuror kimi çalışmış İbrahim Rəisi “ölüm komitəsi”nə rəhbərlik edərək İran paytaxtında yüzlərlə siyasi məhbusun edamına nəzarət edib.

Otuz ildən sonra prezident olan və bir çoxlarının İranın gələcək Ali Rəhbəri kimi gördüyü Rəisi daxili və beynəlxalq çağırışlara barışmaz mövqe tutur. Həmin çağırışlara İran məhkəmələrinin çıxardığı onlarla ölüm hökmü ilə cavab verir və Rəisi bu hökmərin verilməsinə rəhbərlik edir.

Edamlar AvropaABŞ-ın qınağına səbəb olub, lakin Rəisi israr edir ki, hakimiyyətin “zorakılıqların iştirakçısı” kimi tanıdığı insanların hamısının “şəxsiyyətinin müəyyən edilməsi, mühakimə olunması və cəzalandırılması” davam edəcək.

Beynəlxalq Böhran Qrupunun İran üzrə layihə direktoru Əli Vaez bildirib ki, edamlar xalqın etiraz, məmurların isə qaçmağa cəsarət etməsəi üçün bir qorxu respublikası yaratmaq məqsədi daşıyır.

Siyasi fəalların dediyinə görə, Rəisi 500-dən çox nümayişçinin və onlarla təhlükəsizlik qüvvələri əməkdaşının öldürüldüyü repressiyalara rəhbərlik edir və o, 1988-ci ildə siyasi məhbusların təmizlənməsindəki rolunu təkrarlayır.

Qeyd edək ki, 1988-ci ildə İraqla səkkiz illik müharibənin bitməsindən, iyul atəşkəsindən bir həftə sonra İran hakimiyyəti minlərlə həbsdə olan müxaliflərə və İslam Respublikasının əleyhdarlarına qarşı gizli kütləvi edamlar həyata keçirmişdi.

“Amnesty İnternational”ın hesabatına görə, həmin illərdə bir neçə dəqiqə davam edən məhkəmə proseslərində minlərlə məhbusun taleyini həll etmək üçün İranda dini hakimlər, prokurorlar və kəşfiyyat nazirliyinin əməkdaşlarından ibarət “ölüm komitələri” kimi tanınan inkvizisiyalar yaradılıb. Ölkə daxilində öldürülən insanların sayı heç vaxt təsdiqlənməsə də, “Amnesty” edam olunanların ən azı 5000 nəfər olduğunu bildirib.

“Amnesty”nin məlumatına görə, o zaman Tehran baş prokurorunun müavini olan Raisi paytaxtın ölüm komitəsinin üzvü idi.

Human Rights Watch ötən il dərc etdiyi hesabatda bir məhbusdan belə bir sitat verib ki, o, Rəisi Tehranın kənarındakı həbsxanada görüb və o, edam prosesinin düzgün həyata keçirilməsini təmin etmək üçün ora gəlibmiş.

2021-ci ildə qətllərdə əli olduğu iddiaları ilə bağlı suala Rəisi belə cavab verib: “Əgər hakim, prokuror xalqın təhlükəsizliyini müdafiə edibsə, onu tərifləmək lazımdır... Mən qürur duyuram ki, hər vəzifəmdə insan haqlarını müdafiə etmişəm”.

Prezident aparatı bu məqalə ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib.

İran rəsmiləri edamları etiraf ediblər, lakin həmin repressiyaların iddia olunan miqyası ilə razılaşmırlar. 1989-cu ilin fevralında prezident Əkbər Haşimi Rəfsəncani bildirmişdi ki, qeyd olunan illərdə 1000-dən az adamın edam edilmişdi. 2016-cı ildə Tehran “ölüm komitəsi”nin başqa bir üzvü dövlət mediasına bildirmşdi: “Allahın əmrini yerinə yetirməkdən qürur duyuruq”.

“Raisi vəhşiliyi, sədaqəti və vicdansızlığı da daxil olmaqla bir neçə xüsusiyyətə görə prezident kimi yetişdirilib. O, bu xüsusiyyətləri 1988-ci ildə göstərib”, deyə Çattanuqadakı Tennessi Universitetindən Səid Qolqar deyib və əlavə edib:

“O, bütün karyerası boyunca siyasi repressiyalarla məşğuldur”.

ABŞ-ın sanksiyalarına məruz qalıb

Rəisi 1960-cı ildə İranın şimal-şərqindəki şiə müsəlman şəhəri Məşhəddə dindar ailədə anadan olub. O, beş yaşında atasını itirisə də onun yolunu gedərək din xadimi olub.

O, Qum şəhərindəki dini seminariyada təhsil alan gənc tələbə kimi 1979-cu il inqilabında Qərbin dəstəklədiyi şaha qarşı etirazlara qoşulub. Sonralar Qumdakı dini liderlərlə təmasları onu ədliyyədə etibarlı bir şəxsə çevirib.

Raisi 2014-cü ildə baş prokuror təyin olunmazdan əvvəl 10 il ədliyyə sistemi rəhbərinin müavini vəzifəsində çalışıb. Beş il sonra Birləşmiş Ştatlar ona qarşı insan haqlarının pozulmasına, o cümlədən 1980-ci illərdəki edamlara görə sanksiyalar tətbiq edib.

Prezident olmaq istəyən Rəisi 2017-ci ildə keçirilən seçkilərdə praqmatik prezident Həsən Ruhaniyə uduzub. Onun uğursuzluğu 2016-cı ildə ortaya çıxan və edamlardakı rolunu vurğulayan audiolentlə əlaqələndirilmişdi. Səs yazısında o vaxt ali rəhbərin müavini olmuş mərhum Ayətullah Hüseyn Əli Montazeri qətllərdən danışırdı Montazerinin oğlu kaseti yaydığına görə həbs edilmişdi.

2021-ci ildə isə Rəisi president seçkilərində qalib gəlmiş və nəticədə ölkədəki bütün hakimiyyətin qolları son illərdə ilk dəfə Ali Rəhbər Ayətullah Əli Xameneyiyə sadiq olan sərt xətt tərəfdarlarının nəzarəti altına keçmişdi.
Seçkilərdə qalib gəlməsi Rəisinin 83 yaşlı Xamneyini yerinə keçmək şansını artırıb. Lakin bəzi analitiklər və daxili qaynaqlar xəstə iqtisadiyyatı gücləndirə bilməməsinin və xarici siyasətdəki çətinliklərin onun perspektivlərinə xələl gətirdiyinə inanırlar.

İranın şiə ruhani idarəçiliyində son sözü prezident deyil, Xameneyi söyləyir.

ICG-dən Vaez bildirib ki, Rəisi repressiyaları idarə etmir. O, bunun alətidir.

Rəisi president seçiləndən sonra nüvə danışıqları ilə bağlı da sərt mövqe nümayiş etidirb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Ən çox oxunanalar