Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volodimir Zelenski Belarusa xəbərdarlıq edib

Belarusun müharibəyə qoşulması həm strateji, həm də tarixi səhv olar...

“Belarus Rusiya tərəfindən müharibəyə cəlb olunarsa, bu, onun strateji səhvi olar”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın TVP telekanalına müsahibəsində deyib.

O bildirib ki, Minsk Ukraynaya hücum etməkdən, Rusiyanın istəyini yerinə yetirməkdən qaçmalıdır: “Rusiyanın məqsədi Belarusu savaşa cəlb etməkdir. Belarusların vəzifəsi ölkənin Rusiya tərəfində müharibəyə tam cəlb olunmasının qarşısını almaq olmalıdır. Ölkələrini xilas etmək belarusluların işidir. Belarusun gələcəkdə sivil dövlətlər xəritəsində tutacağı yer bundan asılı olacaq”.

V.Zelenskinin fikrincə, Belarusun müharibəyə qoşulması həm strateji, həm də tarixi səhv olar.

Qeyd edək ki, Belarus hələ savaşa fəal şəkildə qoşulmayıb. Buna baxmayaraq, Rusiyanın Belarus ərazisindən hücumlar üçün istifadə etdiyinə dair məlumatlar yayılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar