Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson Ukraynaya səfər etmək istəyir, Sunak isə bundan narahatdır…

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya yenidən səfər etmək və prezident Vladimir Zelenski ilə görüşməyi planlaşdırır…

PİA.az xəbər verir ki. Bu barədə The Guardian qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, yüksək vəzifəli mühafizəkarlar bu səfərin krallığın Nazirlər Kabinetinin hazırkı rəhbəri Rişi Sunakın nüfuzuna xələl gətirə biləcəyindən ehtiyat edirlər.

“Bu münaqişə bitməkdən çox uzaqdır. Boris heç bir şübhə yaratmamalıdır ki, o, höküməti tam dəstəkləyir və onun səfəri LondonKiyev arasında mesaj mübadiləsinə və ya rəsmi kommunikasiya kanallarına mane olmamalıdır”, deyə İcmalar Palatasının Müdafiə Seçim Komitəsinin sədri Tobias Ellvud bildirib.

Parlamentarilərin başqa bir hissəsi hesab edir ki, Consonun nəzərdə tutulan səfəri piardır. Onlar belə bir fikir bildiriblər ki, Britaniya Nazirlər Kabinetinin keçmiş baş naziri Kiyevə səfər sayəsində beynəlxalq arenada daha cəlbedici natiq ola bilər.

Hər şey Boris brendi ilə bağlıdır. Bu, onu daha aktual etmək və ABŞ-da daha çox ictimai populyarlıq əldə etmək üçün bir marketinq hiyləsidir. O, yenidən Ukraynada olsa, daha çox diqqət çəkəcək”, deyə adı açıqlanmayan mühafizəkar deputat bildirib.

Qeyd edək ki, bundan əvvəl “Daily Telegraph” qəzeti Consonun siyasətdən getməmək və növbəti parlament seçkilərində namizədliyini yenidən irəli sürmək qərarına gəldiyini yazıb. Nəşrin məlumatına görə, Conson bu barədə Londonun qərbində yerləşən Uxbridge və South Ruislip seçki dairəsi üzrə hakim Mühafizəkarlar Partiyasının bölmə üzvlərinə danışıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Ən çox oxunanalar