Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa TikTok-u 5 milyon avro cərimələyib

Bir çox ölkələr şirkətin istifadəçilərdən şəxsi məlumatları topladığını iddia edir və bu imkanları məhdudlaşdırmaq üçün addımlar atır...

Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyası (CNIL) yanvarın 12-də TikTok sosial şəbəkəsini qısa videolarının paylaşılmasına görə 5 milyon avro məbləğində cərimə kəsib.

PİA.az xəbər verir ki, bu barədə France-Presse Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, TikTok sosial şəbəkəsi istifadəçiləri müəyyən etməyə imkan verən kukilərdən istifadədən imtina etmək imkanını təmin etmir. Bu isə Fransa qanunlarına ziddir.

TikTok isə öz növbəsində hesab edir ki, sosial platformada hər şey Fransa qanunlarına uyğundur və istifadəçilər üçün belə bir fürsət yaradır. Lakin CNIL istifadəçini “Bütün kukiləri qəbul et” düyməsini sıxmağa təşviq etmək üçün prosedurun qəsdən mürəkkəb olduğunu iddia edir.

Xatırladaq ki, TikTok Çinin ByteDance şirkəti tərəfindən hazırlanıb və dünyanın ən populyar sosial şəbəkəsinə çevrilib. Bir çox ölkələr şirkətin istifadəçilərdən şəxsi məlumatları topladığını iddia edir və bu imkanları məhdudlaşdırmaq üçün addımlar atır. Qərb ölkələri öz hərəkətlərini bu məlumatların Çin hakimiyyətinin əlinə keçə biləcəyi ilə izah edirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar