Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taliban təhdidindən sonra şahzadə Harri mühafizəçilərlə gəzir

İfşalarla dolu kitabı satışa çıxarıldıqdan sonra şahzadə silahlı cangüdənlərin müşayiəti olmadan evdən çıxmır…

Şahzadə Harrinin “Ehtiyatda olan” memuarında və çoxsaylı müsahibələrində pul qazanmaq və ailəsini ləkələmək istəyi ona gətirib çıxarıb ki, indi onu hər yerdə bütöv bir silahlı cangüdənlər dəstəsi müşayiət edir.

PİA.az xəbər verir ki, bu barədə Daily Mail yazıb.

Nəşr qeyd edib ki, Nyu-Yorkdakı “The Late Show” studiyasına gedərkən şahzadənin yanında “Glock” tapançası daşıyan mühafizəçi görünüb. Qeyd edilir ki, Harri “The Late Show” studiyasına bir gün sonra yayımlanacaq müsahibəsinə baxmaq üçün gedib.

Qeyd edək ki, 38 yaşlı Britayniya taxtının şahzadəsi “Ehtiyatda olan” adlı xatirə kitabı rəsmən rəflərə çıxdıqdan sonra bütün dünyanın diqqət mərkəzindədir. Dünyanın bütün tabloidləri artıq bir neçə gündür ki, şahzadənin açıqlamalarını müzakirə edirlər.

Şahzadə analığı kraliça və qardaşı da daxil olmaqla bütün ailəsini tənqid edib, həmçinin hərbi xidmət zamanı 25 Taliban üzvünün öldürülməsi barədə yazaraq, hazırda Əfqanıstanda hakimiyyətdə olan Talibanı da qəzəbləndirib. Təhlükəzsizlik qüvvləri bildiriblər ki, şahzadə Talibanla bağlı danışmaqla özünü təhlükəyə atıb.

Harri ABŞ-a köçdükdən sonra təhlükəsizliyindən daha çox narahat olsa da, tez-tez özünü müdafiəsiz hiss etdiyini deyirdi. Amma o, uzun müddət idi ki, silahlarının olduğunu açıq şəkildə nümayiş etdirən cangüdənlə ortaya çıxmamışdı. Harri və Meqanın gündə 8,800 dollara qədər ödəniş alan Los-Ancelesdə yerləşən Gavin de Becker and Associates təhlükəsizlik firmasından istifadə etdikləri güman edilir.

Şəxsi silahlı mühafizəçilərin qadağan olunduğu Böyük Britaniyadan fərqli olaraq, ABŞ-da mühafizəçilər açıq şəkildə odlu silah gəzdirirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Ən çox oxunanalar