Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hərbi Dəniz Qüvvələri İrandan Yəmənə gedən gəmidə 2000 Kalaşnikov ələ keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 2000-dən çox “Kalaşnikov” avtomatı daşıyan balıqçı gəmisini ələ keçirib…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumata görə, gəmi İrandan Yəmənə gedən marşrutla hərəkət edib.

ABŞ Hərbi Dəniz Qüvvələri yanvarın 6-da Oman körfəzində balıqçı gəmisini ələ keçirib və gəmidə 2116 ədəd AK-47 avtomatı aşkar edib. Avtomatlar İrandan Yəmənə dəniz yolu ilə qaçaqmalçılıq yolu ilə aparılırmış və beynəlxalq sularda ələ keçirilib. Bəyanatda qeyd olunur ki, Yəməndəki husilərə qeyri-qanuni malların daşınması üçün həmişə istifadə edilən marşrutda olan ələ keçirilən gəminin heyətinə altı Yəmən vətəndaşı daxildir.

Qeyd edək ki, dekabrın 3-də ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 50 ton döyüş sursatı, partlayıcını uzaqdan tətikləyici və raket yanacağı daşıyan balıqçı gəmisinin tutulması barədə məlumat verib. Gəmi İrandan Yəmənə doğru gedirmiş. Noyabrın 8-də isə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması Osmanlı körfəzində partlayıcı hazırlamaq üçün təxminən 170 ton material daşıyan balıqçı gəmisini ələ keçirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar