Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı edamlara qlobal reaksiyalar: Molla rejiminin gələcəyi yoxdur…

İranda daha iki etirazçının edam edilməsinə reaksiyalardan sonra Avropa ölkələri İran səfirini çağırıb etirazlarını bildiriblər. Kanada isə İrana qarşı yeni sanksiyalar tətbiq edib…

Almaniyanın xarici işlər naziri açıqlamasında “Öz xalqını qorxutmaq üçün gəncləri qətlə yetirən rejimin gələcəyi yoxdur”

İranda etirazların sərt şəkildə yatırılmasına verilən son reaksiyalarda Kanada hökuməti rəsmi bəyanatında iki iranlı şəxsə və üç İran qurumuna insan haqlarını pozduqlarına görə sanksiya tətbiq edəcəyini açıqlayıb.

PİA.az xəbər verir ki, bu barədə BBC-nin İrandakı edamlarla bağlı məqləsində bildirilir.

Həftənin ilk günündə İrandakı edamlarla bağlı, Almaniyanın xarici işlər naziri Analina Berbuk Avropada İran səfirini son edamlara etiraz etmək üçün çağırdığını açıqlayıb. Almaniyanın xarici işlər naziri açıqlamasında “Öz xalqını qorxutmaq üçün gəncləri qətlə yetirən rejimin gələcəyi yoxdur” deyib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi də İran səfirini Məhəmməd Mehdi Kərmi və Məhəmməd Hüseyninin edamına etiraz olaraq çağırıb. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kloreli verdiyi açıqlamada iki gün əvvəl İranın xarici işlər nazirini “mümkün olan ən sərt ifadələrlə mənfur edamları” pisləməyə çağırdığını bildirib. Qeyd edək ki, iranlı səfir Mehdi Hosseyini Mətin İslam Respublikasının Britaniyadakı ən yüksək vəzifəli diplomatıdır.

Danimarka və Hollandiyadan sonra İranın səfirini insan haqlarının pozulmasına görə çağıran ən son ölkələr Almaniya və Böyük Britaniyadır.
Bir neçə saat əvvəl Almaniya Xarici İşlər Nazirliyinin spikerlərindən biri olan Stefan Hebztreit bildirib ki, Almaniya hökuməti edamdan repressiya aləti kimi istifadəni şiddətlə pisləyir və İran rejimindən edam hökmlərinin verilməsini dayandırmasını və edam hökmünü mümkün qədər tez ləğv etməyi tələb edir.

“Biz beynəlxalq tərəfdaşlarımızla İran rejiminə təzyiqləri artırmağa davam edirik”, deyə Hebztreit bildirib.

Almaniya kansleri Olaf Şolts da öz “tviti”ndə yazıb ki, İran rejimi edamdan repressiya aləti kimi istifadə edir.

Kanada isə hökumət orqanı olan “İran” qəzetinə, eləcə də İslam Respublikası lideri yanında “15 Xordad” Fonduna və Mətbuat Nəzarət Şurasına qarşı sanksiyalar tətbiq edib.

İran İdman və Gənclər nazirinin müavini, Ali Gənclər Şurasının katibi Vahid Yaminpur və Ekspertlər Məclisinin üzvü, İslam Respublikası Rəhbərinin Aparatının beynəlxalq əlaqələr üzrə müavini Möhsün Qomi də sanksiyaya məruz qalanlar arasındadır.

Dünya katoliklərinin lideri Roma Papası Fransisk də İrandakı edamları pisləyib. Bu, indiki ümummilli etirazlardan sonra Papanın ən sərt etirazıdır.

Roma Papası Fransisk İranda “qadınlara daha çox hörmət nümayiş etdirən”lərin edamını pisləyib. Dünya katoliklərinin lideri bu sözləri Vatikanda diplomatlara illik müraciətində deyib:

“Qadınlara daha çox hörmət və ləyaqətlə bağlı son etirazlardan sonra bu günlərdə İranda olduğu kimi, ölüm hökmünün icra edildiyi yerlərdə həyat hüququ təhlükə altındadır”, deyə Papa müraciətində qeyd edib.
Papa deyib ki, “ölüm hökmü qurbanlar üçün nə çəkindirici cəzadır, nə də ədalətdir, ancaq qisas hissini artırır”.

Dünya katoliklərinin lideri bütün dünya ölkələrinin məhkəmə qanunlarında ölüm hökmünün ləğv edilməsinə çağırıb, Papa qeyd edib ki, “ölüm hökmü şəxslərin müdafiəsini yox edir və ləyaqətini alçaldır”.

Dünya katoliklərinin lideri: “Hər kəsin həyatının son anına qədər dəyişə biləcəyini laqeyd qalmamalıyıq”, deyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı da İranda edamları pisləmiş və “edamları rejimin etirazları yatırmaq səylərinin əsas sütunlarından biri” hesab etmişdi.

Danimarkanın xarici işlər naziri isə bildirib ki, etirazçıların edamına etiraz etmək üçün bazar ertəsi İran səfirini çağıracaq.

Lars Rasmussen bu barədə Danimarkanın "Ritzau" qəzetinə açıqlamasında deyib: “İran səfiri, ona bu mesajı ən güclü və ağlasığmaz şəkildə çatdırmaq üçün çağırılacaq. Onların öz xalqına qarşı etdikləri pis rəftar bizim hədsiz qəzəbimizə səbəb olub”, deyə nazir bildirib.

Hollandiya da etirazçıların edamına etiraz etmək üçün İran səfirini çağırıb.

Lakin İran hökuməti buna cavab olaraq bildirib ki, xarici ölkələr İrandakı etirazları qızışdırır. İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei etirazçıları “vətənə xəyanətdə” ittiham edib və hökumət qurumlarından “ciddi addımların” davam etdirmələrini istəyib.

Xatırladaq ki, İran hökuməti indiyədək dörd etirazçını edam edib və daha bir neçə nəfər də hazırda ölüm hökmünün icra olunmasını gözləyir.

Tərcümə PİA.az-a aidir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar