Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzildə meyiti tapılan dördüncü şəxsin də kimliyi bilindi - Yenilənib, Foto

Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimlikləri məlum olub...

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu yana kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təyin edilib. Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.

Qeyd edək ki, K.Salayev məktəbli olub.

***

Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan dörd nəfər ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

Oxu.Az-ın məlumatına görə, evi 1991-ci il təvəllüdlü Pərvin Səfərli adlı şəxs kirayə tutub. 

Ev sahibəsinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. 

31 dekabr gecəsi isə digər üç nəfər onun kirayə tutduğu evə qonaq gəlib. 

Bayramdan sonra ev sahibəsi İ.Fərəcova P.Səfərliyə kirayə müqaviləsinin bağlanması üçün dəfələrlə zəng etsə də, telefona cavab verməyib.

Dünən səhər saatlarında evə gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb.

İ.Fərəcova Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək, giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat verib. 

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə dörd nəfərin meyiti aşkar olunub.

Qeyd edək ki, hadisə yerindən 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və digər 30-35 yaşlı şəxsin meyitləri aşkarlanıb. 

Dünən Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdi.

Ev sahibəsinin oğlu F.Fərəcov saytımıza bildirib ki, hadisə barədə araşdırma aparılır:

“Evi anam kirayə verib və dünən də müqavilə bağlamaq üçün ora gedib. Qapı açılmadığı üçün Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib. Bu, gözlənilməz hadisədir. Anam şəkər xəstəsi olduğu üçün dünənki hadisədən sonra özünü pis hiss edir. Hazırda araşdırma aparılır”.

O qeyd edib ki, heç vaxt evdə qaz təminatı ilə bağlı problem yaşanmayıb.  

Xatırladaq ki, ötən gün Bakının Nərimanov rayonunda bir mənzildən dörd nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Onların ölməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar