Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketdə saxta spirtli içkilərin satıldığı aşkarlandı

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub...

Azərbaycanda marketdə saxta spirtli içkilərin satıldığı aşkarlanıb.

Bu barədə PİA.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus “Kəmalə” marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik “Zakaznaya”, 18 ədəd 0.5 ml-lik “Leopard”, 6 ədəd 0.7 ml-lik “Leopard”, 5 ədəd 0.5 ml-lik “Naturalnaya”, 3 ədəd 0.7 ml-lik “Himalay ayısı”, 1 ədəd 0.5 ml-lik “Moskovskie veçera”, 1 ədəd 0.7 ml-lik “Qaraçanaq”, 2 ədəd 1 l-lik “Quseynoff” əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkar edilib.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün (“Naturalnaya” 31,6% , “Leopard” 31,3%, “Himalay ayısı” 31,7%, “Ağsu damcısı” 32,8% , “Zakaznaya” 31,6%), eyni zamanda “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03%) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Qeyd olunanlarla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluğun olması müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar