Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran niyə Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyə tələsir?

Tehrandakı molla rejiminin yalanlarını bildiyimiz üçün bunu dəfələrlə yaşamışıq və əminik ki, orada islahatçı yoxdur…

Tarik Alhomayed, “Şarkul-Avsat” qəzetinin baş redaktoru
The İndependent qəzeti

2007-ci ildə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Qətərin dəvəti ilə Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 28-ci sammitində fəxri qonaq qismində iştirak etmişdi.

Zirvə zamanı diqqətəlayiq bir hadisə ortaya çıxdı. Mərhum kral Abdullah bin Əbdüləziz Əhmədinejad və Omanın mərhum sultanı Qabus bin Səidlə əl-ələ tutaraq şəkil çəkdirdilər.

Bu hadisədən bir müddət sonra biz, bir sıra nəşrlərin baş redaktorları olaraq Parisdə Səudiyyə Ərəbistanının keçmiş xarici işlər naziri, mərhum şahzadə Səud əl-Feysəl ilə görüşdük.

Bu görüşdən əvvəl Əl-Feysəl daha əvvəl Əhmədinejadın 2007-ci ilin əvvəlində Səudiyyə Ərəbistanına səfəri zamanı İranla bağlı açıqlamalar vermişdi. Əl-Feysəl Amerikanın “Newsweek” jurnalına bildirmişdi ki, mərhum Kral Abdullah bin Əbdüləziz Mahmud Əhmədinejadla açıq danışıb, İranın ərəblərin daxili işlərinə müdaxiləsini rədd edib və Əhmədinejad o zaman “Biz qarışmırıq” cavabını verib. Mərhum kral Abdulla ona, “İnkar etsəniz də, etməsəniz də, İrandan bir narahatlıq var və biz inanırıq ki, indi dayanmalısınız”, deyib. Bundan başqa Səudiyyə Ərəbistanı kralı Əhmədinejada uranın zənginləşdirilməsinə dair məsələ ilə oynamaması barədə də xəbərdarlıq edib.

Parisdə şahzadə Səud əl-Feysəllə görüşəndə həmkarımız, o zaman “Əl-Həyat” qəzetinin Səudiyyə Ərəbistanı versiyasının baş redaktoru olmuş, hazırda “Ukaz” qəzetinin baş redaktoru olan Cəmil əz-Ziyabi bu ifadələrə görə birbaşa ona bu sualı verib:

- İrana xəbərdarlıq edirsiniz, sonra ortaya mərhum kral Abdullah və Əhmədinejadın əl-ələ tutaraq poz verdikləri bir şəkil çıxır. Bunu necə başa düşə bilərik?

Elə bu zaman əl-Feysal mərhum Kral Abdullaha telefon zəngi üçün icazə istədi və biz şahzadənin sualı eşitmədiyini düşündük.

Şahzadə Səud əl-Feysəl bir neçə dəqiqədən sonra geri qayıtdı və həmkarım əz-Ziyabiyə dedi:

- Kral Abdullanın Əhmədinejada “Çək əlini məndən” deməsini istərdinizmi?

Deməli, Səudiyyə kralını qucaqlayan Əhmədinejad olub. O zaman biz güldük.

Bütün bunlar açıq oyundur: İranın Səudiyyə Ərəbistanını danışıqlara və dialoqa çağıran bəyanatlarına, səfirliklərin yenidən açılmasına, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Ferhanla hətta dəhlizlərdə belə, istənilən görüşü alqışlamasına və ya əvvəllər İraqda aparılan danışıqlardan danışmasına baxmayaraq, İranda sözün həqiqi mənasında islahatçı yoxdur.

Burada sual budur: İran niyə Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyə tələsir?

Dəqiq olan odur ki, İranın məqsədi ərəbləri parçalamaq, Səudiyyə mediasını zərərsizləşdirmək və Səudiyyə Ərəbistanıİranın mövqeyini zəiflədəcək hər hansı beynəlxalq mövqe tutmaqdan yayındırmaqdır.

Gəlin, Ər-Riyadda Çinlə keçiriləcək sammiti xatırlayaq. Eynilə, ABŞ-ın tezliklə Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxacağı ilə bağlı qorxular, İran da daxil olmaqla bir çox ölkələri şoka sala bilər.

Bu istiqamətdə nə vaxt İranın Səudiyyə Ərəbistanı ilə yaxınlaşma ilə bağlı bəyanatını görsəm, mərhum şahzadə Səud əl-Feysəlin “Əlini məndən çək?” sözünü xatırlayıram.

Təbii ki, belə bir ifadə işlətməməliyik, amma mövqeyimizlə deməliyik: Tehrandakı molla rejiminin yalanlarını bildiyimiz üçün bunu dəfələrlə yaşamışıq və əminik ki, orada islahatçı yoxdur.

Məqalə qismən ixtisarla dırc edilib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Ən çox oxunanalar