Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü il Ukrayna müharibəsində dönüş ili olacaq? - Ekspertdən şərh

Qış dövründə, hardasa fevral ayında həm Rusiyanın, həm də Ukraynanın həlledici hücuma hazırlaşması ilə bağlı fikirlər formalaşıb...

Hərbi-ekspert: “Nəzərə almalıyıq ki, Rusiya-Ukrayna müharibəsi ikinci dünya müharibəsindən sonra Avropada miqyasına görə baş verən ən böyük müharibədir”.

“Mən 2023-cü ilin Rusiya-Ukrayna arasında sülh ili olmasını hələlik gözləmirəm. Ən azından ilin birinci yarısında belə bir təşəbbüs bəlkə də heç müzakirə mövzusu olmayacaq”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Rusiya-Ukrayna müharibəsinin bu ilki gözləntilərini PİA.az-a şərh edərkən qeyd edib.

Hələ ötən ilin ortalarından 2023-cü ilin Ukrayna müharibəsində dönüş ili olacağı ilə bağlı fikirlər formalaşıb. Yeni ilin ilk günlərindən başlayaraq analitik mərkəzlər bu iddianı daha da gücləndirirlər. Lakin yayılan məlumatlarda hər iki tərəfin həlledici hücuma hazırlaşması ilə bağlı fikirlər də formalaşıb.

Bəs Ukrayna üzərində qələbə çalmaq üçün Rusiya ordusu texniki və psixoloji üstünlüyə sahibdir? Ya da əksinə, ötən il uğurlu əks-hücum əməliyyatları keçirən Ukrayna ordusu bu hücum tempini davam etdirə biləcək?

Rusiya-Ukrayna müharibəsini PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Böyük ehtimalla 2023-cü ildə Ukrayna təşəbbüsü əldə saxlamağa, Rusiya isə ən azından 2014-cü ildə əldə etdiklərini qoruyub saxlamağa çalışacaq”.

Xersonun azad olunmasından sonra hərbi təşəbbüsün Ukrayna ordusu tərəfində olduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, bu da digər Qərb ölkələrinə, xüsusilə NATO üzvü olan ölkələrə Ukraynaya daha çox yardım etməyə imkan verir:

“Nəzərə almalıyıq ki, Rusiya-Ukrayna müharibəsi ikinci dünya müharibəsindən sonra Avropada miqyasına görə baş verən ən böyük müharibədir. Bu zaman bu müharibənin elə də asanlıqla başa çatmayacağını ehtimal edə bilərik. Hər iki tərəfin müharibə aparmaq üçün kifayət qədər potensialı mövcuddur. Biz Rusiya nə qədər raket və PUA potensialının azaldığını görsək də, amma Rusiyanın istənilən halda daxili müdafiə sənayesi digər növ silahların istehsalı üçün kifayət qədər imkanlara malikdir.

Qeyd edim ki, Xersonun azad olunmasından sonra hərbi təşəbbüs Ukrayna ordusu tərəfindədir. Bu da digər Qərb ölkələrinə, xüsusilə NATO üzvü olan ölkələrə Ukraynaya daha çox yardım etməyə imkan verir. Hesab edirəm ki, gələn ilin yaz aylarından mümkündür ki, Ukrayna əks əməliyyatlarının miqyasını bir qədər genişləndirsin. Amma bunun müharibənin başa çatmasına və Rusiyanın bu müharibədə məğlub olmasına gətirib çıxaracağını söyləmək hələ tezdir.

Ədalət Verdiyev: “Gələn ilin yaz aylarından mümkündür ki, Ukrayna əks əməliyyatlarının miqyasını bir qədər genişləndirsin”.

Böyük ehtimalla 2023-cü ildə Ukrayna təşəbbüsü əldə saxlamağa, Rusiya isə ən azından 2014-cü ildə əldə etdiklərini qoruyub saxlamağa çalışacaq. Yox əgər Rusiya 2014-cü ildə əldə etdiklərini də itirməyə başlayarsa, bu zaman Rusiya ağılasığmaz addımlar ata bilər. Yəni bu Rusiyanın taktiki nüvə silahlarından istifadə etməsi ilə nəticələnə bilər.

Çünki Rusiya liderinin elə də rahatlıqla Ukrayna qarşısından geri çəkilib, Krımı və Dombası Kiveyə verəcəyini düşünmək olmur. Ən azından bu onun xarakterinə uyğun gəlmir. Lakin bu addımların da sonrakı mərhələsinin Rusiya üçün baha-başa gələcəyi də şübhəsizdir.

Mən 2023-cü ilin Rusiya-Ukrayna arasında sülh ili olmasını hələlik gözləmirəm. Ən azından ilin birinci yarısında belə bir təşəbbüs bəlkə də heç müzakirə mövzusu olmayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar