Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı turistlərin Azərbaycana axını başlayıb 

Rəsmi məlumatlara görə, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 458 min 786 turist gəlib. 

Ölkəmizə gələn turistlər arasında say baxımından son illərə qədər ilk yeri Türkiyə tutsa da, ötən il ən çox xarici turist Rusiyadan gəlib. Keçən ilin müvafiq dövründə Rusiyadan Azərbaycana 404095 turist gəlib.   

Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov bildirir ki, Ukrayna müharibəsi və Avropa bazarının Rusiyanın üzünə bağlı olması həmin ölkə turistlərinin xarici səyahətlər zamanı digər başqa ölkələr kimi Azərbaycana da üz tutmalarına səbəb olub: 

Rusiyalı turistlər hər zaman Azərbaycana maraq göstəriblər. İndiki halda məlum vəziyyətlə əlaqədar olaraq Rusiya Qərbin sanksiyaları altındadır. Bu səbəbdən də qonşu ölkə turistləri Avropa və Amerikaya səyahət edə bilmirlər. 

Həmin səbəbdən də rusiyalı turistlər digər marşrutları seçməyə üstünlük verirlər ki, bu zaman da onların seçdiyi ölkələr arasında Azərbaycan da ön yerlərdən birini tutur. Azərbaycan xalqının qonaqpərvərliyi, turizm üçün burada yaradılan infrastruktur onları gəzinti və istirahət üçün məkan seçərkən Azərbaycana üstünlük verməyə həvəsləndirir. 

Proses belə düşünməyə əsas verir ki, Rusiyadan gələn turistlərin sayında bu il də artım olacaq və qonşu ölkə Azərbaycana istirahətə gələnlər arasında yenə də öz birinciliyini qoruyub saxlayacaq”. 

pia.az


Etiket: Rusiya Turist


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar