Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə qaz qovşağı reallaşır - Miller

Rusiya və Türkiyə Qara dənizdə qaz qovşağının praktiki həyata keçirilməsi mərhələsinə keçiblər…

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə “Qazprom”un baş direktoru Aleksey Miller yeni il öncəsi keçirdiyi konfransda deyib.

“İndi biz Türkiyə ilə bu ölkədə qaz qovşağı layihəsi üzərində işləməyə başlamışıq. Bu qərar iki dövlətin liderləri səviyyəsində qəbul edilib və biz artıq onun praktiki həyata keçirilməsinə başlamışıq. Rusiya və Türkiyə Türkiyədə qaz qovşağının yaradılması layihəsinin praktiki icrasına başlayıblar”, deyə Miller bildirib.

Millerin fikrincə, qaz qovşağı yanacaq bazarında “şəffaf və ədalətli qiymətqoyma” təmin edəcək və geniş inkişaf tempini sürətləndirəcək.

“Uzunmüddətli proqnoza görə, yaxın 20 ildə istehlak 20% artacaq. Ona görə də təbii ki, biz gələcək haqqında düşünürük, yeni layihələrimiz haqqında düşünürük, enerji təhlükəsizliyi haqqında düşünürük”, deyə Miller əlavə edib. O, eyni zamanda “Türk axını” və “Mavi axın” dəniz qaz kəmərlərinin stabil və inamlı işini də qeyd edib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Türkiyə ərazisində qaz qovşağı yaratmaq barədə razılığa gəldiyini açıqlamışdı.

Eyni zamanda, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Türkiyədə qaz qovşağı layihəsində “Qazprom”dan başqa digər qaz tədarükçüləri də iştirak edə bilər. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı qərarlar gələn il ərzində qəbul ediləcək, deyə baş nazirin müavini əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar