Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhurlar Yeni ili harada qarşılayacaqlar? 

Daha bir il tarixə qovuşur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili hər kəs özünəməxsus şəkildə qarşılayacaq. Hər il olduğu kimi, bu il də məşhurların bayramı harada keçirəcəkləri maraq doğurur.

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.

Xalq artisti Mübariz Tağıyevin sözlərinə görə, hər ailənin özünəməxsus adət-ənənəsi var:

“Bu adət-ənənələr valideynlərdən irəli gəlir. Mən Yeni ili evdə ailə üzvlərimlə, öz doğma yurdumda qarşılayacağam”.

Müğənni Elvin Mirzəzadə bayram günü səhnədə yer alacağını qeyd edib:

“Axşam saat 23:00-a kimi Bakıdakı restoranların birində səhnədə olacağam. İnşallah, saat 00:00-da evimdə olub, Yeni ili ailəmlə birlikdə qarşılayacağam”.

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev bildirib ki, bayramı vətəndə qeyd edəcək:

“Mən bu dəqiqə Şəkidəyəm. Yeni ili də elə burada, vətənimdə keçirəcəyəm. Hara getməliyəm ki? Müğənni ailəsinin yanında olar. Ailəmi qoyub, haradasa keçirməyim düz olmaz”.

Ə.Mirəliyev müğənnilərin hamısının bayramda pul qazanacaqlarını iddia edib:

“Bütün tədbirlərdə olacaqlar. Adlarını yazdırırlar ki, 5-10 manat qazansınlar. Onlar kimdir ki, xaricə getsinlər? Rəşid Behbudov, Zeynəb Xanlarova deyillər ki, haradasa qeyd etsinlər. Yalandan şayiə yayırlar. Boş danışırlar. Adam öz evində, ailəsinin, xalqının yanında olmalıdır”.

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Yeni ili sənət yoldaşı Nigar Camal ilə səhnədə qarşılayacaqlarını söyləyib:

“Mən, adətən, ailəmlə qarşılamağı sevirəm. Yer fərq etmir. Sadəcə, bu il Nigar Camal ilə tədbirdə olacağıq. Tədbirdən sonra ailəmə qoşulub, Bakıda, bağımızda keçirəcəyik”.

Əməkdar artist Elza Seyidcahan Yeni il günü iş başında olacağını bildirib:

“Yeni il üçün proqramlarımız var. Yəqin ki, oraya gedəcəyik. İndi hansı məkanda olacağını bilmirik. Evə çatsaq, evdə olacağıq. Olmasaq, xalqımızın içində, iş başında qeyd edəcəyik. Bakıda olacağam. Bütün dünya azərbaycanlılarını, şəhid analarını, qazilərimizi təbrik edirəm. Hər zaman sülh içərisində yaşasınlar. İnsanlar “minnətdaram!” deməyi bacarsınlar. Şükür etməyi, təşəkkür etməyi bacarsınlar”.

pia.az

Müğənni Roza Zərgərli son dörd ili səhnədə qarşıladığını deyib:

 

“Hər zamankı kimi səhnə olacam. Çünki dörd ildir ki, ancaq səhnədə keçirirəm. Bu yeni ildə tək olduğum üçün valideynlərim yanıma gələcəklər. Çünki uşaqlarım xaricdədirlər. Hər birinin öz ev-eşiyi var. Saat 01:00-dan sonra keçirəcəyəm, atamla, anamla birlikdə”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova deyib ki, iş olmasaydı, Yeni ili anası ilə qarşılayacaqdı:

 

“Səhnədə olacağam. Çox şadam. İş olmasaydı, evdə anamla keçirəcəkdim. Çox sevinirəm. Səhnədə olacağıma şadam. İnsanlarla Yeni ili qarşılamaq mənə çox xoş olacaq”.

Müğənni Elnarə Xəlilova da 2023-cü ili ailə üzvləri ilə birlikdə qarşılayacağını əlavə edib.

 


Etiket: məşhurlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar