Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycana sülh təklifi yollayıb - Paşinyan kimin papağının yırtığını tikir?..

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycana ölkəsinin sülh təkliflərini yollayıb...

Politoloq: “Bu növbəti Ermənistan manipulyasiyası və hiyləsidir. Onlar bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, guya Ermənistan sülh tərəfdarıdır, sülhü qəbul etməyən tərəf Azərbaycandır”.

Ermənistanın şərtləri altında baş tuta biləcək sülh müqaviləsindən söhbət gedir. Yalnış olan budur”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasına razı olduqları fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycana ölkəsinin sülh təkliflərini yollayıb. Artıq uzun müddətdir ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsipə əsaslanan sülh layihəsi masadadır və Ermənistan da prinsipcə bu beş prinsipi qəbul etdiyini açıqlayıb.

Bəs Ermənistanın yeni təklifləri sülh prosesinə təkan verə bilərmi, yoxsa bu Yervanın prosesi uzatmaq üçün yeni manipulyasiyalarından biridir? Ümumiyyətlə Ermənistan sülh istəyirmi?

Ermənistanın yeni sülh prosesi hiyləsini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Artıq Ermənistan Azərbaycanın təklif etdiyi istənilən sülh müqaviləsini qəbul etmir”.

Ermənistanın guya sülhə hazır olduğu görüntüsünün yaradıldığını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti üçün məqbul olmayan heç bir variant sülh müqaviləsinə gətirib çıxara bilməz:

“Sülh müqaviləsi təklifini Azərbaycan il yarım əvvəl edib. Ortada bir də Rusiya modeli sülh müqaviləsi var ki, bunu da Azərbaycan Soçi görüşündə qəbul etmədi. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsini üçüncü dəfə korrektə edərək Yerevana təklif etmişdi. İndi də bu sənədin cavabı Azərbaycana qaytarılıb. Söhbət bu sənəddən gedir. Amma hələlik bəlli deyil ki, Ermənistan hansı korrektələr edib və hansı şərtlər altında sülh müqaviləsini imzalamağı təklif edir.

Ayrıca bu məsələdə Qarabağ məsələsi ilə bağlı Ermənistanın hansısa iddialarının olub-olmaması da birmənalı bəlli deyil. Çünki bununla bağlı da ortaya müəyyən manipulyasiya var. Ermənistanın Təhlükəsizlik Şurasının sədri Qriqorian bunun danışıqlar zamanı bəlli olacağını bildirib. Həmçinin o bu ilin sonuna qədər guya Azərbaycan razılaşarsa, Ermənistanın da sülh müqaviləsini imzalanacağını bildirib.

Natiq Miri: “Bu iki ildə dəyişən bir şey var. İki il bundan əvvəl Azərbaycan diqtə edən, Ermənistan isə kapitulyasiyaya imza atan zəif tərəf idi. Ancaq bu gün Azərbaycanla Ermənistan arasında artıq bərabərlik işarəsi yaranıb”.

Amma məsələ orasındadır ki, Ermənistanın şərtləri altında baş tuta biləcək sülh müqaviləsindən söhbət gedir. Yalnış olan budur. Çünki 10 noyabr Bəyanatından artıq iki il vaxt keçib. Amma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. Bu şərtlər daxilində də “Zəngəzur dəhlizi” açılmayıb. Hansı ki, Ermənistan Üçtərəli Bəyanatda bunu üzərinə öhdəlik olaraq götürmüşdü. Sərhədlərin müəyyənləşməsi və erməni silahlılarının Qarabağdan çıxarılması məsələsi də öz həllini tapmayıb.

Bu iki ildə dəyişən bir şey var. İki il bundan əvvəl Azərbaycan diqtə edən, Ermənistan isə kapitulyasiyaya imza atan zəif tərəf idi. Ancaq bu gün Azərbaycanla Ermənistan arasında artıq bərabərlik işarəsi yaranıb. Artıq Ermənistan Azərbaycanın təklif etdiyi istənilən sülh müqaviləsini qəbul etmir. Qarşılıq olaraq özünün təkliflərini, tezislərini ortaya qoyur. Bu tezislər qəbul olunduğu təqdirdə də Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduqlarını bildirirlər.

Bu necə kapitulyasiya sənədinə imza atan məğlub Ermənistandır ki, Azərbaycanın sülh müqaviləsinə artıq üçüncü dəfədir ki, öz şərtlərini əlavə edir? Dəyişən məsələ budur. Bu dəyişiklik də Azərbaycanın xeyrinə vəziyyət yaratmayıb. Buna görə də Paşinyanın indiki açıqlaması sülh müqaviləsinin heç də yaxın zamanda imzalanacağını göstərmir. Sadəcə olaraq Ermənistanın guya sülhə hazır olduğu görüntüsü yaradılır. Çünki Azərbaycan dövləti üçün məqbul olmayan heç bir variant sülh müqaviləsinə gətirib çıxara bilməz.

Natiq Miri: “Ermənistan zaman qazanmaqla, Azərbaycan əleyhinə beynəlxalq koalisiya yaratmaqla rəsmi Bakıya təsir etmək və Ermənistanın maraqları çərçivəsində Azərbaycanın geri çəkilməsini istəyir”.

Bu növbəti Ermənistan manipulyasiyası və hiyləsidir. Onlar bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirmək istəyir ki, guya Ermənistan sülh tərəfdarıdır, sülhü qəbul etməyən tərəf Azərbaycandır. Ermənistan zaman qazanmaqla Azərbaycan əleyhinə beynəlxalq koalisiya yaratmaqla rəsmi Bakıya təsir etmək və Ermənistanın maraqları çərçivəsində Azərbaycanın geri çəkilməsini istəyir.

Ayrıca Ermənistan Qarabağda humanitar faciə var kimi göstərməklə yenə də beynəlxalq ictimaiyyəti aldatmaq və bütün qlobal təşkilatların Azərbaycana qarşı təzyiqini formalaşdırmaq istəyir. Ermənistanın apardığı siyasəti budur. Yerəvan sülhə razı olmuş olsaydı bu məsələ çoxdan həllini tapmışdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar