Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnqilab olmayacaq: Tbilisi Saakaşvilini azadlığa buraxmaq fikrində deyil...

Qərb siyasətçiləri Gürcüstan rəhbərliyini inandırmağa çalışırlar ki, Saakaşvili “xüsusi xidmətlərinə görə” müalicə olunmaq üçün Avropaya göndərilməlidir…

ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsxanada necə rəftar edildiyini diqqətlə izləyir. Departament həmçinin Tbilisiyə xatırladıb ki, Gürcüstan hökumətinin vəzifələrinə “cənab Saakaşvilinin sağlamlığının qayğısına qalmaq və insan haqlarını qorumaq” daxildir.

Həmçinin, Avropa Parlamentinin deputatı Anna Fotıqa Gürcüstan rəhbərliyinə Saakaşvilini “humanitar səbəblərə görə” həbsdən azad etmək xahişi ilə müraciət edib. Eks-prezidentin tərəfdarları isə “ona nəsə olarsa”, hakimiyyəti yeni etirazlarla hədələyirlər.

PİA.az xəbər verir ki, bütün bunlar Rusiyanın news.ru saytının Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin hazırkı durumu ilə bağlı hazırladığı məqalədə bildirirlir.

Bəs Saakaşvili faktoru Gürcüstanda daxili siyasi vəziyyəti gərginləşdirməyə qadirdirmi?

Məhkəmə iclası ərəfəsində vəkillərin Saakaşvilinin səhhətinin ağır olduğu üçün onun azadlığa buraxılması ilə bağlı vəsatətinə baxılması üçün Vaşinqton və Strasburqdan bəyanatlar yayılıb. Eks-prezidentin müdafiəçiləri iddia edirlər ki, həbsdə olduğu 14 ay ərzində o, 42 kiloqram arıqlayıb, həkimlər ona 20 xəstəlik diaqnozu qoyublar.

Fransanın “Le Monde” qəzeti bu yaxınlarda Saakaşvilinin Fransa prezidenti Emmanuel Makrona müraciətini dərc edib, həmin müraciətdə onun azadlığa buraxılması üçün kömək istəyib və həbsxanada civə və arsenlə zəhərləndiyini iddia edib. Nəşr Gürcüstanın eks-prezidentindən sitat gətirir: “Mən ölürəm, vaxtım azdır”.

Strasburqda Avropa Parlamentinin deputatı Anna Fotıqa və Saakaşvili ailəsinin üzvləri mətbuat konfransı keçirib. Saakaşvilinin oğlu Eduard jurnalistlərə müraciətlə: “Atamın həbsdə ölməsinə imkan verməməliyik!”, deyib. Anna Fotıqa isə əmin edib ki, çərşənbə günü, oktyabrın 14-də Avropa Parlamenti Saakaşvilinin azad edilməsi tələbini özündə əks etdirən qətnamə qəbul etmək niyyətindədir.

“Gürcüstanın üçüncü prezidentinin səhhətinin kəskin şəkildə pisləşməsi təkcə onun tərəfdarlarını deyil, siyasətin humanizmə kölgə salmadığı vətəndaşları da biganə qoymur”, deyə Lazare hərəkatının rəhbəri Conni Kvaratsxeliya news.ru-ya müsahibəsində bildirib.

Tbilisidə mütəmadi olaraq Saakaşviliyə dəstək aksiyaları keçirilir. Sabiq prezidentin tərəfdarları bildirib ki, çərşənbə günü məhkəmə vəkillərin vəsatətinə məhəl qoymasa, Dövlət Departamentinin və Avropa Parlamentinin deputatlarının çağırışlarını nəzərə almasa, insanlar yenidən küçələrə çıxacaq.

“Saakaşvilinin səhhəti faktiki olaraq ciddi şəkildə pozulub. O, artıq siyasi mübarizə aparmır, sözün əsl mənasında yalnız həyat uğrunda mübarizə aparır. Hətta onun siyasi baxışlarına şərik olmayan vətəndaşlarımız da küsməyə başlayırlar ki, insan həbsdə ölə bilər”, deyə Conni Kvaratsxeliya bildirib.

Fransalı Avropa Parlamentinin deputatı Rafael Qluksman sosial şəbəkədə yazıb ki, “Saakaşvili öz hakimiyyəti dönəmində Kremlə qarşı çarəsiz, amma cəsarətli bir şəkildə mübarizə aparıb və biz Mişanın Avropa xəstəxanasına köçürülməsi üçün mümkün olan hər şeyi edəcəyik”. Fransız deputat qeyd edib ki, sabiq prezidentin səssizcə ölməsinə imkan verməmək olmaz.

Saakaşvilinin Avropa xəstəxanasına köçürülməsi ilə bağlı oxşar tələbi onun ailə üzvləri Strasburqda keçirdiyi mətbuat konfransında səsləndiriblər. Onlar əmindirlər ki, bu ilin mayında Saakaşvilinin həbsdən köçürüldüyü Tbilisi klinikasında “düzgün müalicə aparılmır”.

Bu arada Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı xəbərlərə şübhə ilə yanaşır. Ötən gün Tbilisinin Müqəddəs Üçlük Katedralində jurnalistlərlə söhbət edən baş nazir vurğulayıb ki, o, həkim deyil və “bu adamla nə baş verdiyini” bilmir.

Qaribaşvili qeyd edib ki, ötən ilin payızında Saakaşvili radikal müxalifət qüvvələri tərəfindən “inqilab və qan tökülməsi”ni təşkil etmək üçün Gürcüstana qayıdıb və bunun üçün o, tam olaraq cəzasını çəkməlidir.

“Sonuncu kartdan istifadə etdilər, Saakaşvilini gətirdilər, onu bu axmaqlığa məcbur etdilər və bunun necə bitdiyini gördük - tam fiasko. Heç kim illüziya ilə yaşamasın. Biz imkan verməyəcəyik ki, bu müharibə tərəfdarları, bu fitnə-fəsad törədənlər və uduzanlar ölkəmizə hər hansı iğtişaşlar gətirsinlər”, deyə Gürcüstanın hökümət başçısı bildirib.

Gürcü ekspertlər də hesab edirlər ki, müxalifət öz strategiyasında səhv edib. Çünki Saakaşvili və onun çağırışları naminə cəmiyyət inqilaba hazır deyildi.

“Müxalifətin ideyası hakim partiyanı Rusiyayönümlü olmaqda ittiham etmək idi”, deyə politoloq və SIKHA Foundation tədqiqat mərkəzinin təsisçisi Arçil Sixarulidze NEWS.ru-ya bildirib. “Ancaq bu, indi cəmiyyətə həqiqətən təsir etmir. Daha sonra müxalifət Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olmaq üçün unikal şansının olduğunu, lakin insanlar buna inanmadığını sual altına qoydu. Müxalifətin gündəmindəki üçüncü məsələ Saakaşvilidir. Və onun ucbatından Gürcüstanda inqilab olmayacaq, əks halda bir il əvvəl baş verəcəkdi. Müxalifət böhran içindədir, bilmirlər daha nə etmək lazımdır ki, xalq etiraz etsin.

Politoloq Sixarulidzenin qeyd etdiyi kimi, Saakaşvili və onun Vahid Milli Hərəkat (VMH) partiyasının tərəfdarlarının sayı uzun illərdir ki, dəyişməyib:

“2020-ci il parlament seçkilərində VMH parlamentdəki yerlərin 27%-ni qazanan müxalifətin “Güc Birlikdədir” alyansının dayağına çevrildi. Yaxın gələcəkdə bu nisbət, çox güman ki, dəyişməyəcək. Lakin müxalifətin xəstəliyə görə Saakaşvilini təcili azadlığa buraxmağa yönəlmiş siyasəti yalnız onun tərəfdarlarıüçün rezonans doğura bilər. Gürcüstan cəmiyyətinin əksəriyyətinin eks-prezidentin səhhəti ilə bağlı problemdən daha ciddi bir çox başqa problemləri var. Ona görə də müxalifətin müraciətləri Gürcüstanda xüsusi reaksiyaya səbəb olmayıb”, deyə gürcü politoloq yekunlaşdırıb.

Gürcü politoloqu Tengiz Ablotia news.ru-ya müsahibəsində Saakaşvilinin ümidsiz köməyə çağırışları və onun mümkün ölümlə bağlı bəyanatları, heç də onun nüfuzunu artırmır:

“İnsanlar onun davranışını bəyənmirlər, çünki onun keçmiş tərəfdaşları, sabiq baş nazir Vano Merabişvili və 8 illik həbs cəzasını çəkən keçmiş daxili işlər naziri Baço Axalaya müqayisə edirlər. Hər ikisi artıq azadlıqdadır, lakin səhhətlərindən və həbsxanadakı pis şəraitdən heç vaxt şikayət etməyiblər. Təbii ki, hakimiyyət də keçmişə görə Saakaşvilidən çox az qisas alır və onsuz da indiki gürcü siyasətçiləri və məmurları arasında çoxsaylı əməllərinə görə həbs edilməli olanlar var”, deyə adının çəkilməsini istəməyən mənbə news.ru-ya bildirib.

Bununla belə, politoloq Ablotiyanın əlavə etdiyi kimi, hazırkı Gürcüstan hakimiyyəti ilə Saakaşvili arasında mövcud mürəkkəb münasibətlərin çox az məlum olan arxa planı var:

:2012-ci ildə “Gürcü arzusu” hakimiyyətə gələndə onunla Saakaşvili arasında qeyri-rəsmi razılıq əldə olundu ki, o, Gürcüstanı tərk edir və Gürcüstan siyasətini unudur. Üstəlik, ötən il Mişa qayıdışı barədə yüksək səslə danışmağa başlayanda, Gürcüstan hakimiyyətinin nümayəndələri onunla Kiyevdə görüşüb, qeyri-rəsmi razılaşmanı xatırladıblar. Lakin Saakaşvili sözünü pozdu və bundan sonra hakimiyyət onu sərt şəkildə cəzalandırmaq qərarına gəldi”, deyə politoloq bildirib.

Ablotiyanın fikrincə, Saakaşvilinin Gürcüstan siyasətinə qayıtmaq cəhdləri onu radikallaşdıra bilər:

“Təkcə eks-prezidentin qızğın tərəfdarları deyil, həm də onun alovlu rəqibləri dirçələcək. Cəmiyyətdəkilər və digərləri təxminən eyni saydadır - ölkənin bütün sakinlərinin 20-25% -i. Belə qarşıdurma ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilər. Buna görə də, VMH rəhbərliyi Saakaşvilisiz “yelkən açıb üzə bilmək” üçün ideyalar yetişdirir, lakin bu, həm də partiya üçün gözlənilməzlik yaradır. Əlbəttə ki, partiya Saakaşvili siyasətinə yad olan daha az radikal tərəfdarlar əldə etməyə qadirdir, lakin bununla indiki radikal tərəfdarlarını itirə bilər”, deyə politoloq fikrini yekunlaşdırıb.

Ekspertlər hesab edirlər ki, Gürcüstan hakimiyyəti Qərb siyasətçilərinin Saakaşvilinin azad edilməsi ilə bağlı “humanitar çağırışlarına” cavab verməyəcək. Digər məsələlərlə yanaşı, Tbilisi üçüncü prezidentin sürprizlərlər dolu siyasətçi olduğnu yaxşı başa düşür. Ona görə də onun müalicə üçün Avropaya getməsini özünə qarşı təhlükə görür. Gürcüstan hakimiyəti düşünür ki, Saakaşvili müəyyən müddətdən sonra yenidən vədlərini unudub, Gürcüstanda yenidən “inqilab” etməyə cəhd edə bilər. Odur ki, Qaribaşvilinin Saakaşvilinin qalan bütün həyatını həbsdə qalacağına dair verdiyi zəmanətin yerinə yetirilməsi üçün əsasları var.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti dörd cinayət işi üzrə ittiham olunur. Onlardan ikisi üzrə o, Gürcüstana qayıtmazdan əvvəl qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. O, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, dövlət vəsaitinin mənimsənilməsi, bankir Sandro Qirqvlianinin qətlinin təşkili və s. maddələrdə təqsirli bilinmir.

Ötən ilin sentyabrın 29-da o, Gürcüstan sərhədini qanunsuz keçib. Saakaşvili bu cinayətə görə cəzalandırılmayıb, amma şübhəsiz ki, bu cinayətin siyasətlə heç bir əlaqəsi yoxdur.

Gürcüstan hakimiyyəti “siyasi təqib” məsələsini nəhayət bağlamaq istəsə, bu vəziyyətdən istifadə edə bilər.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Ən çox oxunanalar