Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb - Foto

Dekabrın 5-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb...

Bu barədə PİA.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, qonağı səmimi salamlayan nazir K. Heydərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Bu çərçivədə, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini vurğulayıb.

Nazir daha sonra səfirə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların idarə edilməsi üzrə görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təlim və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd edilib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Məhəmməd Əl Bluşi hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə rəhbər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar