Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Avropa İttifaqı Rusiya nefti ilə bağlı qərar verəcək

Dekabrın 2-də Aİ ölkələri Rusiya neftinin tavan qiymətinin 60 dollar/barel olması ilə bağlı razılığa gələ bilərlər...

PİA.az xəbər verir ki, bu barədə The Wall Street Journal xəbər verib. Hazırda isə Aİ dövlətləri qiymət tavanının 60 dollardan aşağı olmasında israr edən Polşadan cavab gözləyirlər.

Nəşrin mənbələrinə görə, Avropa Komissiyası dekabrın 1-də qiymət həddi tətbiq edilməsinə dair sazişin yeni mətnini Varşavaya təqdim edib. Yeni mətndə göztərilir ki, Rusiya neftinin qiymət həddini bu ölkənin ixrac etdiyi qiymətdən ən azı 5% aşağı səviyyədə saxlamaq üçün yanvar ayından etibarən Aİ ölkələri tavan qiymət tətbiq edəcəklər və bazardakı vəziyyətə görə məər iki aydan bir yenidən baxılacaq.

“The Wall Street Journal” yazır ki, Avropa rəsmiləri dekabrın 2-də qiymət tavanının razılaşdırılacağına əmindirlər, lakin onlar G7-dəki tərəfdaşları ilə (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) birlikdə çıxış etmək üçün bazar gününə qədər vaxtın kifayət etməyəcəyindən qorxurlar.

Nəşrin məlumatına görə, Aİ qiymət həddi ilə bağlı bu gün razılıq əldə edərsə, qərar G7 tərəfindən yazılı şəkildə təsdiqlənməlidir.

Qəzet qeyd edir ki, G7, eləcə də Avstraliya, Aİ-nin Rusiyadan dənizlə daşınan neftə dekabrın 5-ə qədər məhdudiyyət qoyulmasını istəyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar