Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

"Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir", - o deyib.

"Qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə olunur. İki ölkənin ticarət dövriyyəsinin illik dəyəri 2016-cı ildəki 2,3 milyard ABŞ dolları olduğu halda, 2021-ci ildə iki dəfə çox - təqribən 5 milyard ABŞ dolları olub. 2022-ci ilin yanvar-sentyabr aylarına isə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib. 25 fevral 2020-ci il tarixində iki ölkə arasında güzəştli ticarətin təşviqi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb", - KOBİA-nın rəhbəri əlavə edib.

pia.az 


Etiket: İnvestisiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ən çox oxunanalar