Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın Azərbaycana qarşı bitməyən qərəzi nədən xəbər verir?

Dünən Fransa Parlamentinin aşağı palatası Milli Assambleya Azərbaycan əleyhinə növbəti qətnamə qəbul edib...

Politoloq: “Dünya siyasəti tək Fransadan ibarət deyil”.

“Fransa təbii ki, bu addımla özünün regionda var olmasında maraqlı olduğunu və problemlərin həllində digər böyük dövlətlərlə bərabər hüquqlu dövlət olmasını isbat etməyə çalışır”.

Bu sözləri politoloq Azər Qasımov Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnaməni PİA.az-a şərh edərkən qeyd edib.

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə növbəti qətnamə qəbul edib. Bu qətnamələrin davam etməsi nədən xəbər verir? Hər şeydən əvvəl bu qətnamələr Fransanın Cənubi Qafqazdakı yerni necə müəyyənləşdirir və bu qətnamələrdən Fransa hansı siyasi qazanc güdür?

Fransanın Azərbaycana qarşı davam edən qərəzli mövqeyini PİA.az-ın əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa bilir ki, Azərbaycanla hədə dilində danışmaq, ən birinci Ermənistana ziyan edəcəkvuracaq".

Fransa və Ermənistanın indiki geosiyasi durumda siyasi çəkisi Azərbaycan və Türkiyənin yanında kölgədə qaldığı üçün bu iki dövlətin çarəsizlikdən nə edəcəklərini bilmədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, regionda hər cəhətdən güc bizim əlimizdədir:

“Cənubi Qafqazda Fransanın siyasi aktivliyini Azərbaycan yox, Ermənistan baxımından dəyərləndirməliyik. Bu da təbiidir. Fransa Ermənistanın yanındadır. Onların bu yaxınlığının səmimiyyətini müzakirə etmək isə mənasızdır.

Fransa Parlamentinin aşağı palatasının son qərarını iki hissəyə bölmək olar. İlk bəndləri hesab edirəm ki, normal qəbul etmək olar. Çünki burda Aİ və ABŞ-ın vasitəçiliyini dəstəkləmək və Azərbaycan-Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində iş aparılmasından söhbət gedir ki, bu, fikrimcə, məqbul fikirlərdir. Aİ və ABŞ-ın vasitəçilik səylərinin Azərbaycanın maraqlarına cavab verdiyi isə məlumdur. Qərarın sonrakı bəndləri isə Ermənistanı dəstəkləmək xarakteri daşıyır və bunda qeyri-adi heç nə yoxdur. Azərbaycan bu tezisləri öz fəaliyyəti ilə yox edir və etməlidir.

Azər Qasımov: “Fransa Ermənistana dəstək kimi xırda addımlarla böyük dövlətlərdən geri qalmadığını göstərmək istəyir”.

Fransa təbii ki, bu addımla özünün regionda var olmasında maraqlı olduğunu və problemlərin həllində digər böyük dövlətlərlə bərabər hüquqlu dövlət olmasını isbat etməyə çalışır. Bu da onun əzilmişlik sindromunun olduğunun isbatıdır.

Dünya geosiyasətində Fransa tarixən mövcud olan müstəmləkə və imperiya maraqlarının müasir dövrdə yoxa etdiyi bir dövrü yaşayır. Ermənistana dəstək kimi xırda addımlarla böyük dövlətlərdən geri qalmadığını göstərmək istəyir.

Fransa bu qərarda keçən dəfəki senatın qərarına nisbətdə qismən konstruktivlik göstərməyə məcbur oldu. Onlar yaxşı başa düşdülər ki, Azərbaycanla hədə dilində danışmaq ən birinci Ermənistana ziyan edəcək.

Fransa və Ermənistanın indiki geosiyasi durumda siyasi çəkisi Azərbaycan və Türkiyənin yanında kölgədə qaldığı üçün bu iki dövlət çarəsizlikdən nə edəcəklərini bilmirlər. Hər cəhətdən güc bizim əlimizdədir. Nahaq yerə erməni cəmiyyəti demir ki, Ermənistanın vəziyyətdən çıxmaq üçün heç pis planı belə yoxdur. Bu baxımdan, onlar müxtəlif yollara, hətta Fransa parlamentariləri kimi yalandan Azərbaycan üzərinə şər atmağa belə gedirlər.

Hesab edirəm ki, bunlar müvəqqəti haldır. Azərbaycan öz addımları ilə bu məsələni də yoluna qoyacaq. Dünya siyasəti tək Fransadan ibarət deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket: Senat Qətnamə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar