Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: "25-ə yaxın mağazadakı ödəmə terminallarını talayan şəxs saxlanılıb"

Azərbaycanda 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan şəxsin terminallardan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.

Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuzİsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az 


Etiket: Oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar