Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib.

PİA.az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.

Buna qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara müəyyən tələblər ödənildiyi halda verilirdi.

Digər bir dəyişikliklə fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.

Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.

Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməsi tələb olunacaq. Bundan əvvəl ikisi həmmüəllifsiz olmaqla beş məqalənin dərc olunması tələb edilirdi.

pia.az 


Etiket: Elmi adlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar