Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Bakıdan gedən vəzifəli şəxsləri aldatdılar - Foto

Naxçıvan Mədəniyyət Nazirliyi bu qurumda yoxlamalar aparan müfəttişləri də aldadıblar...

PİA.az xəbər verir ki, Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR Mədəniyyət Nazirliyi strukturlarından birində çalışan şəxs tərəfindən verilib.

Qaynağımızın bildirdiyinə görə, bir neçə gün MR Mədəniyyət Nazirliyinə də müfəttişlər gəlib. Onlar bundan sonra Naxçıvan Mədəniyyət strukturlarında “ölü canlar” sisteminə son qoyulacağını, müəllimlərə yazılan artıq dərslərin yığışdırılacağını, heç kimin maaşdan əlavə ödənişləri rəhbərliyə çatdırmayacağını və onlara yazılan dərslər qədər dərs deyəcəklərini bildirib gediblər. Amma onlar gedəndən sonra yenə “köhnə hamam, köhnə tas”rejimi davam edib.

Şikayətçi redaksiyamıza ünvanladığı məktubunda yazır:

“Bir necə gün əvvəl qaytarılan dərs saatları, yəni müəllimin üzərinə yazılan əlavə dərslər, deyilənlərə görə, müəllimlərə qaytarılıb. Amma hansı müəllimlərə? Hansı ki, özlərinə yaxın bilib “öz aramızda qalsın bir sən bil bir mən” dedikləri, “yarısı sənin yarısı mənim” prinsipi ilə işləyən, əslində isə tədris prosesində hec bir fəaliyyəti olmayan, öyrətim qabiliyyəti aşağı olan müəllimlər yenə arada yüksək dərs saatına malik olublar. Amma burda bir məsələ də var: müdirlərin bu yaxın “bacı qardaş müəllimləri” yene rəhbərliyə dəstək ola bilərlər, müdir də nazirinə. Və deyilənlərə görə, uzağı, yanvara qədər bu normallaşma prosesi sürə bilər, yanvardan sonra yenə açıq bazar olacaq. Rəhbərliyin bəzi müəllimlərə açıq şəkildə “çox öyrəşməyin bu dəyişikliyə” dedikləri iddia olunur.

Gələk əsas məsələyə. Nəyə görə bu dərslər “artıq maaşın hamısını sən alacaqsan deyilən müəllimlərə qalır? Nəyə görə digər müəllimlərə o saatlar paylanmayıb. Hələ də dərs yükü aşağı olan, yarıbayarı fərq verən dərs saatları var. Mənim və digər məğdur muəllimlərin fikrincə, aidiyatı qurumlar təkrar yoxlama aparmalı, dərs saatları balanslaşdırılmalıdır”.

Fotoları təqdim edirik

pia.az


Etiket: Naxçıvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar