Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dırnaqları necə sürətlə uzatmaq olar?

Dırnaqların qırılması həssaslıqdan qaynaqlanır. Zeytun yağı isə dırnaqları lazım olan E vitamini ilə təmin edir. Bəs ən sürətli dırnaq uzatma üsulu nədir?...

PİA.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sağlam böyüyən dırnaqlar üçün kifayət qədər vitamin qəbul etmək lazımdır. Dırnaqlar üçün küncüt, zeytun və badam yağı mükəmməldir.

Dırnaqlarımızın və dırnaq ətimizin sağlamlığına və görünüşünə bir çox amillər təsir edir. Soyuq hava, əllərin tez-tez yuyulması, yuyucu və məişət təmizləyicilərinə məruz qalmaq dırnaqların daha quru, kobud və asanlıqla çatlamasına, eləcə də, dırnaq ətimizin nəmsiz qalmasına səbəb ola bilər. Xüsusilə soyuq havalarda dırnaqlar və barmaqlar susuz qalır, nəticədə kənarları quruyur, həmçinin soyulur və parçalanır. Dırnaqlar həm də qış aylarında göbələk və bakterial infeksiyalara qarşı daha həssas olur.

Dırnaqlar yayda daha sürətli uzanır

Qurumuş dəridən əziyyət çəkən insanlar tez-tez dərinin səthini nəmləndirən, lakin lazımi şəkildə udulmayan və buna görə də yalnız müvəqqəti rahatlama təmin edən lasyonlara və kremlərdən istifadə edirlər. Kremlər və losyonlar, adətən, əsl quruducu olan spirt, rəng və bir çox sintetik maddələrdən ibarət olur və təəssüf ki, xeyirdən çox zərər verir.

Dırnaqlarınız da gündüz vaxtı və xüsusilə, yay aylarında daha sürətli uzanır. Dırnaqlarınızın necə uzanmasının heç bir məntiqi və ya səbəbi olmadığı kimi görünsə də, böyümə sürətinə təsir edən bir neçə əsas amil var.

Küncüt yağı

Küncüt toxumunun yağı dırnaqları sağlam saxlamaq üçün ultra nəmləndirici özəlliyə sahibdir. Minerallarla zəngin olan bu yağ dərini qoruyan yüksək minerallar və yağ turşuları ilə də zəngindir. O, həmçinin təbii olaraq antimikrob, antibakterial və göbələk əleyhinədir və dırnaqların infeksiyalara daha həssas olduğu qış aylarında onu effektiv şəkildə müalicə edir.

Zeytun yağı

Zeytun yağı son dərəcə nəmləndirici və müalicəvi yağdır və dəriyə asanlıqla hopur. E vitamini ilə zəngin olan zeytun yağı kalsiumun udulmasına kömək edir, sümüklərin duzlanması prosesini yaxşılaşdırır, dırnaqların daha sürətli uzanmasına kömək edir. O, həmçinin, kövrək dırnaqları gücləndirir, kəsikləri yumşaldır və qırılmaların qarşısını almaq üçün dırnaq elastikliyini artırır.

Şirin badam yağı

Badam yağı təbii yolla dırnaq sağlamlığını bərpa etməyə kömək edir. Faydalı antioksidantlar, Omeqa 6 və 9 yağ turşuları və E, A, B1, B2 və B6 vitaminləri ilə zəngin olan badam yağı dırnaqları soyulma, çatlama, quruluq və kövrəklikdən qoruyan zəngin qida maddələri ilə örtür. Qoruma ilə yanaşı, bir neçə damcı şirin badam yağı dırnaqlarınızı hamarlaşdıracaq və dırnaqlarınıza parıltı verəcək.

Biotindən istifadə edin

2007-ci ildə aparılan bir araşdırmada tədqiqatçılar hər gün 2,5 milliqram biotin qəbulunun qırılmaları azaltdığını və ümumi dırnaq sağlamlığını artırdığını aşkar ediblər.

Dırnaq sərtləşdiricidən lazımi qədər istifadə edin

Dırnaq sərtləşdiriciləri də dırnağı gücləndirir və qırılmaları azalda bilir. Bununla belə, ekspertlər deyirlər ki, uzun müddət istifadədən qaçınmaq lazımdır, çünki zamanla dırnağı qıra bilər. Formaldehid və ya formalindən ibarət olan gücləndiriciləri az istifadə etməli və ya onlardan çəkinməlisiniz.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Ən çox oxunanalar