Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Google şirkəti 10.000 işçisini işdən çıxarmağa hazırlaşır – İntellektual texnologiya tənəzzül edir?..

Şirkət The İndependent-in ixtisarla bağlı sorğusunu isə saya salmır...

Menecerlərdən Google-un əsas şirkəti olan “Alphabet” işçilərinin 6 faizini aşağı nəticə göstərdiyi üçün işdən azad edəcək.

PİA.az xəbər verir ki, ABŞ-ın The Information saytının verdiyi məlumata görə, şirkətin yeni kefyiyyətli idarəetmə sistemi üzərində çalışan rəhbərliyi gələn ilin əvvəlinə qədər aşağı nəticə göstərən minlərlə işçini işdən çıxarmağa qərar verib. Bildirilir ki, yeni tətbiq olunan sistem “Alphabet” işçilərinin 6 faizi, yəni təxminən 10 000 nəfər çalışanı aşağı nəticə göstərənlər kimi təsnif edilib. Bu sistem həm də işçilərə verilən həvəsləndirici və fond mükafatlara da təsir edəcək.

Qeyd edək ki, Google şirkəti son illər pandemiyadan tutmuş hiperinflyasiyaya qədər bir çox problemlərlin təsirləri ilə üzləşib. Bu ilin üçüncü rübündə keçən illə müqayisədə “Alphabet”in mənfəətində 27 faiz azalma baş verib, qazanc və gəlir gisə özləniləndən aşağı olub.

İyul ayında “Google”un prezidenti Sundar Pichai belə bir açıqlama ilə çıxış edib: “Aydındır ki, qarşıda daha çox qeyri-müəyyənlik olan mürəkkəb bir makromühitlə qarşılaşırıq”.

Pichai aylardır işçilərini məhsuldarlığı artırmağa çağırır. “Google”un prezidenti işçilər ilə görüşdə belə deyib: "Ümid edirəm hamınız bütün xəbərləri oxuyursunuz. Bilirsiniz ki, ən çətin makroiqtisadi şərtlərin mövcud olduğu son 10 ildə daha məsuliyyətli davranmaq məcburiyyətindəyik. Bu çətinlikləri keçməyimiz üçün şirkət olaraq birlikdə çalışamamız vacibdir”.

Pichai iş keyfiyyətinin və məhsuldarlığın işçilərinin sayı ilə mütənasiblik təşkil etmədiyi barədə narahatlıqlara cavab olaraq, son aylarda “Sadəlik Sprinti” təşəbbüsünə start verib.

Şirkətin baş direktoru iyul ayında işçilərinə göndərdiyi daxili e-mail-də “daha təşəbbüskar” və “daha çevik, daha diqqətli, işə daha çox həris” olmağa çağırıb.

The Independent nəşri bu xəbərə şərh almaq üçün “Google”la əlaqə saxlasa da, uzun müddət keçməsinə baxmayaraq, hələ də cavab ala bilməyib.

Xatırladaq ki, bu il ABŞ-da fəaliyyət göstərən bir çox texnologiya şirkətləri xərclərə qənaət etmək üçün işçilərini ixtisar edir.

Keçən həftə “The New York Times” xəbər vermişdi ki, “Amazon” şirkəti 10,000-dən çox işçini ixtisar etməyə hazırlaşır.

Facebook-in sahibi Meta da işçilərin 13 faizini, yəni on minlərlə əməkdaşı ixtisar edəcəyini açıqlamışdı.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar