Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fənərbaxçanın keçmiş baş məşqçisi vəfat edib

Türkiyə Futbol Federasiyası A Milli komandasının keçmiş məşqçilərindən Kalman Meszölinin 81 yaşında dünyasını dəyişdiyini açıqlayıb...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının “Twitter” hesabında yer alan paylaşımda deyilir:

“A Milli komandamızın keçmiş məşqçilərindən Kalman Meszöli 81 yaşında vəfat edib. Türkiyə Futbol Federasiyası olaraq, dərindən kədərləndiyimizi bildirir, Meszölinin vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və Macarıstan futbol ictimaiyyətinə başsağlığı veririk”.

Kalman Meszöli kimdir?

Macarıstanlı məşqçi 1985-ci ildə 4 ay Türkiyə Milli komandasında çalışıb, 1986-cı il Dünya Çempionatının seçmə mərhələsində Şimali İrlandiya və İsveçrə ilə oynanılan matçlarda komandanın başında olub. 1959-1972-ci illər arasındakı peşəkar futbolçuluq dönəmində yalnız ölkəsinin Vasas komandasında oynayan Meszöli bu komanda ilə 1961, 1962 və 1966-cı illərdə 4 çempionat qazanıb. 1962-ci ildə ölkəsində ilin oyunçusu seçilib və Macarıstanın əfsanəvi müdafiəçiləri sırasında yerini tutub.

1985-1986-cı illərdə isə Türkiyənin Fənərbaxça və Altay klublarında da çalışan Meszöli səhhətində yaranan problemlərə görə bir müddətdir xəstəxanada müalicə alırdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar