Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 56 ildən sonra mundiallar tarixinin antirekordu qeydə alınıb...

"Report"un məlumatına görə, bu, Qətər və Ekvador komandaları arasında oynanılmış açılış matçında baş verib.

Qarşılaşmada ümumilikdə qapılara 11 zərbə endirilib. 1966-cı ildəki mundialdan sonra heç bir oyunda daha az cəhd olmayıb.

Bundan əlavə, Asiya Konfederasiyasından indiyədək hansısa kollektiv debüt görüşündə qalib gələ bilməyib.

Qətər yığması 1930-cu ildə Uruqvay, 1934-cü ildə isə İtaliyadan sonra yarışda ev sahibi kimi debüt edən 3-cü ölkə olub. Komanda həmçinin açılış qarşılaşmasında məğlubiyyətlə üzləşən ilk ev sahibidir. Yığma görüşü çərçivəyə bir zərbə belə endirmədən başa vurub. Belə hal ilk dəfə 1994-cü ildə baş verib. 1994-cü ildəki turnirdə ev sahibi ABŞ kollektivi eyni halla üzləşmişdi. 1998-ci ildə Almaniya Polşa ilə, 2018-ci ildə isə Səudiyyə Ərəbistanı Rusiya ilə açılış qarşılaşmasında çərçivəyə düşə bilməyib.

Ekvador millisi DÇ-nin açılış oyunu da daxil olmaqla ardıcıl 7 matçda qapısını toxunulmaz saxlaya bilib. Komandanın hücumçusu Ener Valensiya açılış görüşündə ilk penalti vuran oyunçu olub. Forvard həmçinin ilk oyunda dubl edən ikinci futbolçu adına da sahib çıxıb. 1934-cü ildə italiyalı Ancelo Skyavio ABŞ-la qarşılaşmada dubl etmişdi. Valensiya həmçinin açılış matçında fərqlənən ən yaşlı oyunçudur. O, 33 yaş 16-cı günündə bunu bacarıb. Daha əvvəl 1986-cı ildə 30 yaşlı italiyalı Alessandro Altobelli 1986-cı ildə Bolqarıstana qarşı bunu bacarıb.

Ener Valensiya dünənki matçdan əvvəl mundial təcrübəsi olan yeganə futbolçu idi. Belə hal sonuncu dəfə 1962-ci ildə yaşanıb. Həmin vaxt Çarlz Antenen (İsveçrə) Çili ilə açılış oyununda (1:3) bütün 22 iştirakçı arasında dünya çempionatı təcrübəsi olan yeganə oyunçu olub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar