Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün şəhid Əliyev Elçinin şəhadətinin birinici ildönümü keçirilib

17 noyabr 2022-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında 2021-ci il noyabrın 16-da erməni təxribatı nəticəsində həlak olan Azərbaycan ordusunun əsgəri şəhid Əliyev Elçin Ramil oğlunun anım tədbiri keçirilib...

PİA.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər Şöbəsinin rəisi Akşin Xancanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, ictimai qurumların nümayəndələri şəhid Əliyev Elçinin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhidin məzarı qarşısında çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə mərd oğul böyüdən ata-anaya səbir, şəhidə rəhmət diləyib. Vətən, torpaq uğruna canını fəda edənlərin hec vaxt unudulmayacaqlarını, əbədi yaşayacaqlarını diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan, Dövlət-Ordu-Xalq birliyindən danışıb. Hər bir azərbaycanlının “Dəmir yumruq” ərtafında sıx birləşərək qırılmaz zəncir yaratdığını mənfur düşmənə və dünyaya göstərdiyini vurğulayıb. 44 gündə qazanmış olduğumuz Zəfərimizə kölgə düşürməyə çalışan düşmən 10 noyabr 2020-ci il bəyanatının şərtlərini pozaraq yenidən öz düşmən xisləti ilə Azəbaycana qarşı təxribat törətməyə çalışsa da hər zaman olduğu kimi yenə də tutarlı cavabla susdurulduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, qalib ordunun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse- prezident, hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsində Qələbənin təmin edilməsi istiqamətində fəaliyyətlərindən, Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumlardan, dövlət xadimlərinin və dini liderlərin Zirvə toplantılarının əhəmiyyətindən danışıb, Beynəlxalq Təşkilatlarda Azərbaycanın tolerant, multikultural dəyərlərini, haqq səsini dünya ictimaiyyətinə çatdırdıqlarını, ölkəmizin ədalətli mövqeyinin müdafiə edildiyini qeyd edib. İşğaldan azad olan torpaqlarımızda abadlıq-quruculuq işlərinin aparılmasından, kəndlərimizin yenidən bərpa olunmasından danışıb. Uzun illərdən sonra azad olunmuş torpaqlarımızın səmasında dalğalanan üçrəngli bayrağmızın bir daha enməyəcəyinə, məscidlərdə azan səsinin hər daim eşidiləcəyinə inamnı ifadə edib. “Ana abidəsi” qarşısında çıxışını davam etdirən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 17 noyabr Milli Dirçəliş günü münasibətilə hər kəsi təbrik edib.Bildirib ki, 1988-ci il 17 noyabr tarixində Azərbaycan xalqı milli-azadlıq hərəkatına başladı. Həm 1988-ci il 17 noyabrda başlanan azadlıq hərəkatımızda, həm də 2020-ci il 44 günlük Vətən müharibəsində xalqımızın birlik nümayiş etdirdiyini diqqətə çatdırıb. Bir daha qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyib. Bu gün hər bir azərbaycanlının torpaqlarımızın azadlığı ugrundan canından keçən oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bildirib.

Çıxış edən DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Hacı Vasif və şəhid atası Alim Zülfüqarlı Böyük Qələbəmizin təmin edilməsində sağlamlığını itirən, canından keçən igidlərimizin qəhrəmanlıqlarının gələcək nəslə nümunə olacağını, onların hər zaman bu xalqın yaddaşında yaşayacağını söyləyiblər. Torpaqlarımıza azadlıq, xalqımıza qalibiyyət bəxş edərkən ali zirzəyə ucalan şəhidlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yerə sahib olduqlarını vurğuladılar.
Sonra Şirvan Rəsm Qalereyasının direktoru Çinarə Vəliyevanın əl işi-şəhid Əliyev Elçinin portreti valideynlərinə təqdim olunub.

Şəhid Əliyev Elçinin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar