Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox mundialda iştirak etmiş baş məşqçilər

Siyahının ilk pilləsində 6 dəfə DÇ final mərhələsi həyəcanı yaşamış braziliyalı Karlos Alberto Parreyra yer alıb...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

"Report" məlumatına görə, bu dəfə daha çox mundialda baş məşqçi kimi iştirak etmiş şəxslərin siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində 6 dəfə DÇ final mərhələsi həyəcanı yaşamış braziliyalı Karlos Alberto Parreyra yer alıb. O, hamı üçün əlçatmaz olan uğurlu yoluna 1982-ci ildə başlayıb. İspaniyada keçirilmiş mundialda Küveyt millisinə rəhbərlik etmiş mütəxəssis İtaliya-1990-da BƏƏ, ABŞ-1994 və Almaniya-2006-da Braziliya, Fransa-1998-də Səudiyyə Ərəbistanı, CAR-2010-da isə meydan sahiblərinin baş məşqçisi olub.

Parreyraya ən yaxın nəticə göstərmiş ikinci baş məşqçi Bora Milutinoviçdir. O, 5 dəfə DÇ final mərhələsində iştirak edib. Meksika vətəndaşı olan keçmiş yuqoslaviyalı bunu 5 müxtəlif komanda ilə bacarıb. Milutinoviç 1986-cı ildə Meksikada keçirilmiş mundialdan 2022-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş final mərhələsinə qədər uyğun ardıcıllıqla Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millilərinə rəhbərlik edib.

Növbəti yerləri 4 fərqli mundialda çalışmış 6 məşqçi tutur. Onlardan 5-i eyni komandaya (öz ölkələri) rəhbərlik edib. Henri Mişel isə əksinə, 4 fərqli komandada fəaliyyət göstərib.

Hazırda İranın baş məşqçisi olan portuqaliyalı Karluş Keyroş Qatar-2022-də 4-cü mundial həyəcanını yaşayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Ən çox oxunanalar